“BMCMİ adamları tutur, kimisə insanların üzünə qoyur, istədiyi kimi istintaq aparır” - Teymur Kərimov yazır
açıq mənbədən götürülüb
Bir ildən çoxdur həbsdə olan və prokurorun 9 il azadlıqdan məhrum edilməsini istədiyi Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimov ictimaiyyətə müraciət ünvanlayıb.
Məhkəmə prosesi yarım ildir davam edən Kərimov ictimaiyyətə müraciətində bildirir ki, nə istintaq, nə də məhkəmə dövründə hərtərəfli araşdırma aparılıb.
“Məhkəmədə işgəncəyə məruz qalmağımla bağlı məsələnin müzakirəsi zamanı aydın oldu ki, hakim heç iş materiallarını oxumayıb. Məndən soruşur ki, bununla bağlı prokurorluğa müraciət etmisinizmi? Halbuki işin içində prokurorluğun rədd qərarı var. İşi oxuyan hakim bunu bilməlidir. Məhkəmədə vəsatət qaldırdıq ki, anten dairələrilə bağlı sorğular verilsin, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərovun İstək Totiyeva ilə görüşüb-görüşmədiyi müəyyənləşdirilsin. Eləmədilər. Hakim Azad Məcidov da bilir ki, ittihamda yazılan tarixlərdə İstək Totiyeva ilə Fərrux Ələkbərov görüşməyib. Ona görə də vəsatəti təmin etmədi”.
Bundan başqa, Teymur Kərimov zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərovun məhkəməyə gətirilib yenidən dindirilməsi barədə vəsatətlərinin təmin olunmaması haqda yazıb. Onun sözlərinə görə, Fərrux Ələkbərov etibardan sui-istifadə edərək vətəndaşlardan tikinti materialları alıb, pullarını verməyib və onların ərizələri əsasında axtarışa verilib.
“Fərrux Ələkbərov bunu biləndən sonra Neftçala rayonuna qaçıb. Dəniz kənarında onu tapıb tutublar, Bakıya gətiriblər. Məcbur ediblər, gəlib 27 sentyabrda məhkəmədə deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Bilirdilər ki, mənim, vəkilin suallarına cavab verə bilməyəcək. Ona görə hakim istiqamət verirdi ki, “yadımda deyil” desin. Məhkəmədə ədalətli çəkişmə prinsipi pozulur və həqiqətlərin üzə çıxmasının qarşısı alınır. Hansı ədalətli hakimdən söhbət gedə bilər? Belə məhkəmələr, belə hakimlər nəyə lazımdır, kimə lazımdır? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adamları tutur, kimisə insanların üzünə qoyur, istədiyi kimi istintaq aparır. O zaman elə cəzanı da özləri versinlər. Nəyə lazımdır ki, bu həngamə məhkəmə?! Onsuz da eyni pozuntular məhkəmədə də baş verir. Boş yerə 8 aydır ki, məhkəməyə aparıb-gətirirlər. Burada lal müstəntiq Akif Məcidovun dediyi söz yadıma düşür: “Biz nə deyiriksə, o olur, məhkəmələr sadəcə, bir etapdır, keçməlisən”. Müstəntiq haqlıdır”.
Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb.
Teymur Kərimov özünü təqsirli bilmir. O, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Teymur Kərimov kanaldan video-materialın silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul tələb edib, sonda İstək Totiyeva vasitəsilə 1000 manat alıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub
Foto: Leonie Asendorpf
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?