Foto: VOA
Bakı İstintaq Təcridxanasına gətirilən narkotik asılılığı olan şəxslərin Narkoloji Dispanserdə hər hansı müalicə almadan birbaşa təcridxanaya köçürüldüyü deyilir.
Anonim mənbədən Toplum TV-yə daxil olan məlumata görə, illərlə narkotik asılılığı olan şəxslər cəmi bir gün ərzində qapalı şəraitə salınır və tibbi yardımsız qalırlar.
“Müalicə ala bilməyən məhbuslar yeganə çıxış yolu kimi damarlarına adi sistemlər vurdurur, ağrıkəsici və yuxu dərmanlarından istifadə edirlər. Dərmanların təsir etmədiyi hallarda isə məhbuslar “çifir” – çaydan hazırlanmış, daha tünd və təsirli içki – qəbul edirlər”, - məktubdan qeyd olunur.
Şikayətdə o da vurğulanır ki, bu cür yanaşma nəticəsində məhbusların qara ciyəri sıradan çıxır və sağlamlıq vəziyyətləri daha da ağırlaşır.
Bəs, qanunvericilik nə deyir?
Vəkil Fariz Namazlı deyir ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 22.2-ci bəndinə görə, şəxslər həbs yerlərinə qəbul edildiyi andan 24 saat ərzində həbs yerinin tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər.
“Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır. Tibbi müayinə zamanı narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqoldan sui-istifadə ilə əlaqədar absteniya əlamətlərinin müalicəsinə xüsusi əhəmiyyət verilir. Yəni burada müalicə aparılarkən artıq müalicə metodunu həkim müəyyən edir”, - deyə F.Namazlı qeyd edir.
Vəkilin sözlərinə görə, əgər şəxs hesab etsə ki, həkim tərəfindən aparılan müayinə və müalicə düzgün deyil, yəni o dispanserə yerləşdirilməli və orada müalicə almalıdır, bununla bağlı Ədliyyə nazirliyi Tibb baş idarəsinə müraciət edə bilər, bu müraciətə də baxılmasa məhkəməyə şikayət verə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Armenia News