Ölkə

Azərbaycan ifadə azadlığına görə dünyada 144-cü yerdədir 

11 İyul, 2025
80

Foto: açıq mənbə

Azərbaycan illik hazırlanan “Dünya İfadə Hesabatı”nın 2025-ci il üçün olan reytinqində 161 ölkə arasında 144-cü yeri tutub. 

Bununla da, Azərbaycan ifadə azadlığı baxımından “krizisdə olan” ölkələr kateqoriyasında yer alıb. 

Azərbaycana qonşu ölkələrdən Ermənistan 59-cu, Gürcüstan 77-ci, Türkiyə 137-ci, İran 140-cı, Rusiya isə 151-ci yerdə qərarlaşıb. 

Siyahıya ardıcıl olaraq Danimarka, İsveçrə və İsveç başçılıq edib. Sonuncu yerə isə Şimali Koreya layiq görülüb. 

Hesabat müəllifləri bildirir ki, son 10 ildə dünyada 5,6 milyarddan çox insan ifadə azadlığında geriləmədən əziyyət çəkib. 77 ölkə reytinqdə aşağı düşüb və hazırda yalnız 35 ölkə ifadə azadlığı baxımından “sərbəst” kateqoriyasında yer alır. 

Hesabata əsasən, cəmi 15 ölkə – 300 milyondan az insan – son on ildə ifadə azadlığı sahəsində irəliləyişlər hiss edib. 

Hesabat ABŞ, Kolumbiya və İspaniyada məskunlaşan mütəxəssislər tərəfindən hazırlanıb. 
İfadə azadlığının 25 göstəricisinə əsaslanan hesabat 161 ölkədə ifadə azadlığını izləyir və hər bir ölkəyə 0 ilə 100 arasında xal verir. Bu xal hər ölkəni 5 ifadə kateqoriyasından 1-də yerləşdirir. Bu kateqoriyalara “sərbəst”, “az məhdudiyyətli”, “məhdudiyyətli”, “yüksək məhdudiyyətli” və ya “krizisdə olan” aiddir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycanda “şübhəli əməliyyatların monitorinqi” sistemi yaradılır 

11 İyul 2025

Foto: president.az

Prezident İlham Əliyev iyulun 11-də Maliyyə Monitorinqi Xidmətinin “şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.  Fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti sistemin dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinə daxil edilməsi üçün tədbirlər görməlidir.  Prezident bu fərmanla, həmçinin, “şübhəli əməliyyatların monitorinqi” sistemi haqqında əsasnaməni təsdiq edib.  Əsasnaməyə görə, sistem “rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin, habelə dövlət orqanları (qurumları), digər hüquqi və fiziki şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını” təmin edəcək.  Fərmanda, həmçinin, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun...
Ölkə

Təcridxanada narkotik istifadəçilərinin müalicəsiz saxlanıldığı deyilir

10 İyul 2025

Foto: VOA

Bakı İstintaq Təcridxanasına gətirilən narkotik asılılığı olan şəxslərin Narkoloji Dispanserdə hər hansı müalicə almadan birbaşa təcridxanaya köçürüldüyü deyilir. Anonim mənbədən Toplum TV-yə daxil olan məlumata görə, illərlə narkotik asılılığı olan şəxslər cəmi bir gün ərzində qapalı şəraitə salınır və tibbi yardımsız qalırlar.  “Müalicə ala bilməyən məhbuslar yeganə çıxış yolu kimi damarlarına adi sistemlər vurdurur, ağrıkəsici və yuxu dərmanlarından istifadə edirlər. Dərmanların təsir etmədiyi hallarda isə məhbuslar “çifir” – çaydan hazırlanmış, daha tünd və təsirli içki – qəbul edirlər”, - məktubdan qeyd olunur. Şikayətdə o da vurğulanır ki, bu cür yanaşma nəticəsində məhbusların qara ciyəri sıradan çıxır və sağlamlıq vəziyyətləri daha...

Seçilmiş Videolar

Toplum TV loqo