Ölkə

Hesabat: “SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib”

4 Mart, 2026
191

Foto: açıq mənbə

Neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər ətraf mühitə vurulan ziyana görə cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi SOCAR-ın tabeliyindəki “Azneft” İB-yə 485,4 min manat məbləğində cərimə tətbiq edib.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) 2025-ci il üzrə illik hesabatında məlumat verilib.

Hesabata görə, Pirəbədil meşəbəyliyinin ərazisində “Azneft”in “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin köçürülməsi zamanı ağır texnika ilə ağac və kollar torpağın münbit qatı ilə birlikdə çıxarılıb və məhv edilib. Təbiətə dəymiş ziyan 480 432 manat hesablanıb və materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bundan əlavə, “Azneft” İB-nin Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin sahə rəisinə vəzifəli şəxs qismində 2 500 manat cərimə tətbiq olunub, hüquqi şəxs kimi cərimələnməsi üçün materiallar Qaradağ Rayon Məhkəməsinə təqdim edilib. Yerin təkindən qanunsuz istifadə ilə bağlı ziyan 2 457 manat müəyyən edilib.

Digər şirkətlər - “Shirvan Operating Company”, “Salyan OIL” LTD, “Neftchala Operating Company” LTD və “Karasu Operating Company” tərəfindən isə Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 58 774 manat vəsait ödənilib.

NHMT qeyd edir ki, COP29 ərəfəsində ekoloji nəzarət gücləndirilsə də, neft hasilatı zamanı yaranan tullantıların və zərərli maddələrin ətraf mühitə təsiri tam aradan qalxmayıb. Hesabatda həmçinin “Neftayırma” zavodunun atmosferi çirkləndirməsi ilə bağlı şikayətlərin davam etdiyi vurğulanır.

Habelə ötən il yanvarın 31-də dənizdə nefti sahilə nəql edən xəttin normadan artıq yüklənməsi nəticəsində “Neft Daşları” və “Günəşli” yataqlarından Dübəndi sahəsinə və dənizə istiqamətlənən borular zədələnib. Zədələnmə nəticəsində neft sızması baş verib. Hesabatda vurğulanır ki, Dübəndiyə yaxın ərazidə sızma aradan qaldırılsa da, 1000 kubmetrə yaxın neft dənizə axıdılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo