Ölkə

İmişli məhkəməsi müəllimin şikayətini təmin etməyib

24 Yanvar, 2025
89

Leyla Nəcəfquliyeva/sosial media

Bu gün İmişli rayon məhkəməsi müəllim Leyla Nəcəfquliyevanın Aranlı kənd məktəbinə işə bərpa və Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı tələbləri üzrə iddiasını təmin etməyib.

Bu barədə müəllimin vəkili Rövşanə Rəhimli məlumat verib. 

“Məhkəmə qanunsuz qərarı ilə açıq-aşkar hüquq pozuntusuna göz yumdu və 18 illik stajı olan müəlliməni heç bir hüquqi əsası olmayan əmrlə məktəbdən xaric edən təhsil müəssisəsini "haqlı"çıxardı”, vəkil yazıb.

Rövşanə Rəhimlinin sözlərinə görə, bir məqama diqqət çəkməklə bu işdə hər şey aydın görünəcək: Seçki Məcəlləsinin 70.3-cü maddəsinə əsasən qeydə alınmış namizəd müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək dövlət orqanlarının və onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən çıxarıla bilməz.

Leyla Nəcəfquliyeva ötən parlament seçkilərində 82 saylı İmişli-Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd olub.

O, Elm və Təhsil Nazirliyi Mil-Muğan regional şöbəsinin 17 sentyabr tarixli əmri ilə işdən çıxarılıb. 

Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlərin toxunulmazlığı sentyabrın 21-dək uzadılmışdı.

Müəllim həmçinin İmişli rayon Aranlı kəndində işlədiyi orta məktəbin problemlərini işıqlandırdığı üçün məktəb direktoru Anar Ələkbərov tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

DTX: Anti-terror əməliyyatı zamanı 8 nəfər ölüb, 2 nəfər yaralanıb

3 Fevral 2025

Açıq mənbədən götürülüb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) Qusarda anti-terror əməliyyatı keçirib. Nəticədə 8 nəfərin öldüyü, iki nəfərin yaralandığı deyilir. DTX-nın bu haqda yaydığı məlumata görə, əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş  şəxsin Qusar rayon sakinləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə rayon ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.  Bildirilir ki, qruplaşma üzvlərindən birinin istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, xüsusi təyinatlı əməkdaşlara silahlı...
Ölkə

“Ölkədə internet benzin qiymətinə qalxıb” - Tünzalə Ağayeva

31 Yanvar 2025

Tünzalə Ağayeva/sosial media

“İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Bizdə internet benzin qiymətinə qalxıb”. Müğənni Tünzalə Ağayeva sosial media paylaşımında internetin bahalaşması ilə bağlı fikirlərini belə ifadə edib. O, başqa ölkələrdə internetin su qiymətinə olduğunu, Ərəb Əmirliklərində küçədə də internetdən şifrəsiz istifadənin mümkün olduğunu qeyd edib. “Ölkəmizdə hər şey ən yeni, müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?”, müğənni əlavə edib. Azərbaycanda ötən ilin avqustunda internet provayderləri tarifləri artırıb. Bundan sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq...

Seçilmiş Videolar

Toplum TV loqo