Dünya

İlon Mask ABŞ hökumətini “ələ keçirir”

4 Fevral, 2025
82

CNN

Donald Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan az sonra Vaşinqtonda İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti fəaliyyətə başladı. Bildirilirdi ki, bu, 18 ay ərzində Amerika hökumətinin səmərəliliyini artırmalı və müəyyən müddər sonra ləğv edilməli bir strukturdur. Qurumun qeyri-müəyyən, amma çox geniş səlahiyyətləri var və ABŞ-ın bir sıra federal agentliklərinin fəaliyyətini yoxlamaq bəhanəsilə departament artıq onlara nəzarəti ələ keçirməyə başlayıb.  

DOGE nədir

Noyabrın 13-də, prezident seçkilərində qalib gələndən bir həftə sonra Donald Tramp elan etdi ki, onun müttəfiqi və seçki kampaniyasının ən böyük donoru olmuş “Tesla” və “Space X” şirkətlərinin baş direktoru İlon Mask yeni struktura - Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək. Qurumun qısaldılmış adı DOGE-dir. Maskın 2021-ci ildə tvitlərlə dəyərini şişirtdiyi sevimli kriptovalyutası da belə adlanır.  

“The Wall Street Journal” yazırdı ki, DOGE  lazımsız qaydaların ləğvi, məmurların sayının və xərclərin azaldılmasıyla məşğul olacaq; federal qurumlarda hansı qaydaların sadələşdirilməsi və ya ləğv edilməsi, hansı işçilərin işdən çıxarılması və pula necə qənaət edilməsi barədə tövsiyələr verəcək. Mask özü isə bəyan etmişdi ki, DOGE 2 trilyon dollara və ya federal büdcənin təxminən üçdə biri qədər vəsaitin qənaətinə nail olacaq. Ancaq buna şübhəylə yanaşanlar vardı.

Mask və Tramp vəd etmişdilər ki, qurum “bürokratiyanı məhv edəcək” və “sistemi sarsıdacaq”. Amma  Tramp departamentin yaradılmasıyla bağlı andiçmə mərasimindən sonra imzaladığı sərəncamda departamentin vəzifələrini bu qədər iddialı təsvir etməyib, sadəcə qeyd edib ki, məqsəd federal hökumətin səmərəliliyini artırmaq üçün texnologiyaların modernləşdirilməsidir. Bu ifadə, o cümlədən DOGE-nin statusu (müvəqqəti qeyri-hökumət təşkilatı) bəzi hüquq ekspertlərində belə bir qənaət yaratdı ki, Tramp administrasiyası qurumun hesabatlılığını azaltmağa çalışır.

DOGE-də kimlər işləyir (və ya könüllü çalışır)?

Mask DOGE-yə Trampın digər tərəfdarıyla – böyük biznesin daha bir təmsilçisi Vivek Ramasvamiylə birlikdə rəhbərlik etməli idi. Amma onlar yeni strukturun əsas məqsədlərilə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün Ramasvami DOGE-dən ayrıldı. Bundan əvvəl o və Mask “The New York Times” nəşrinin ənənəvi dövlət agentliyindən daha çox "bir qrup ambisioz lider üçün brend"ə bənzətdiyi qurum üçün komanda toplamağa başlamışdılar.

“New York Times” nəşrinin məlumatına görə, onlar kadrları ilk növbədə Silikon Vadisində axtarıblar; Mask bu işə kömək etmələri üçün sahibkar dostlarını və həmkarlarını Trampın komandasına cəlb edib. Potensial işçilərə həftədə 80 saat olmaqla, altı ay ödənişsiz işləyəcəkləri barədə xəbərdarlıq edilib (Mask özü də DOGE-də ödənişsiz işləyəcəyini bildirib).

DOGE hökuməti necə ələ keçirməyə başladı

Yanvarın 28-də “Wired” yazdı ki, departament ABŞ-ın Personalı İdarəetmə Ofisinə (OPM) - bütün dövlət işçilərinə cavabdeh olan federal agentliyə nəzarəti ələ keçirib. Əvvəllər Maskın “xAI” süni intellekt şirkətində insan resursları sahəsində çalışmış Amanda Skəyls (Amanda Scales) ofisə rəhbər təyin edilib. Onun müşavirləri arasında iki gənc proqramçı da var: Kaliforniya Universitetini bitirmiş və “Palantir”də (Maskın dostu və respublikaçların donoru Piter Tilin şirkətində) təcrübə keçmiş Akaş Bobba və məktəbi təzə bitirmiş və Maskın “Neuralink” şirkətində üç ay təcrübə keçmiş Edvard Koristin. 

Həmin gün - yanvarın 28-də federal məmurlara elektron məktub göndərilərək bildirilib ki, bütün iş günlərində (hazırda tələb olunmur) ofisdə olmalı və daha səmərəli işləməlidirlər. Buna hazır olmayanlara istefa vermələri təklif edilib, maaşlarının və bütün müavinətlərinin sentyabr ayına qədər saxlanılacağı qeyd olunub. Oxşar məktubu 2022-ci ildə “Twitter”-də çalışanlara da  göndərmişdilər - Mask bu şirkəti satın alanda. Onlara bildirilmişdi ki,  işdən çıxacaqları təqdirdə sonrakı üç ay maaşı almağa davam edəcəklər, amma bir çoxlarına o pulu verməmişdilər. Bu haqda Amerika Dövlət Məmurları Federasiyası (bu sahənin ən böyük həmkarlar ittifaqı) məlumat verib və bildirib ki, Maskın vədlərinə etibar etmək üçün hələ də heç bir əsas yoxdur.

OPM-dən sonra Maskın komandası fedaral hökuməti ofislər və rabitə avadanlqlarıyla təmin edən Ümumi Xidmətlər İdarəsinə (GSA) “çöküb”. Maskın bir neçə keçmiş işçisi GSA rəhbərliyinə daxil edilib. Onlar ofis sahəsini azaltmaqla və dövlət qulluqçularının işinə süni intellekt tətbiq etməklə məşğul olublar, həmçinin GSA-nın daxili sistemlərinə, o cümlədən mühasibat uçotu məlumatlarına giriş əldə etməyə cəhd ediblər. Mənbələrin “Wired” nəşrinə verdiyi məlumata görə, Bobba, Koristin və Maskın komandasından olan daha iki gənc proqramçı indi GSA-nın bütün obyektlərinə və İT sistemlərinə çıxış əldə ediblər. GSA işçilərindən də istefa vermələri istənib.

“Mən düşünmürəm ki, bu insanlar Amerika xalqına xidmət göstərməkdə federal hökumətə kömək etmək istəyirlər. Onlar elə davranırlar ki, sanki bu, bir texnologiya şirkətinin ələ keçirilməsidir” - GSA rəsmilərindən biri “Wired”-ə belə deyib.

Bu “ələ keçirmə”  Maliyyə Nazirliyinə və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) qədər yayılıb. DOGE nazirlikdə federal hökumətin bütün ödənişlərini hazırlayan ödəniş sisteminə giriş əldə edib.  USAİD-də isə beynəlxalq humanitar yardım proqramlarının dondurulması ucbatından bir həftədən çoxdur ki, xaosdur. Qurumun yüzlərlə əməkdaşı, o cümlədən DOGE nümayəndələrini USAID ofislərinin qapalı hissələrinə daxil olmağa qoymayan menecerləri işdən çıxarılıb və ya ödənişsiz məzuniyyətə göndərilib. Hazırda agentliyin saytı işləmir, qurumun gələcəyi isə qaranlıqdır: dövlət katibi Marko Rubio USAİD-in Dövlət Departamentinin nəzarətinə keçdiyini deyib. Daha əvvəlsə Mask bəyan etmişdi ki, agentlik “bərpa edilməyəcək vəziyyətdədir”,  “ölmək vaxtı çatıb” və Tramp da bu fikirdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Kobaxidze: Gürcüstanla Avropa İttifaqı arasındakı gərginliyin səbəbi Avropadır

7 Fevral 2025

açıq mənbədən götürülüb

Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür. Bunu, baş nazir İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib. Kobaxidze assosiasiyanın yeni üzvlərə yanaşmada daha çox çevikliyə ehtiyac duyduğunu bildirib: “Biz bu məqsədə doğru davamlı şəkildə irəliləyəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq”, - baş nazir bildirib. O, həmçinin Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi problemləri olduğunu da qeyd edib. İrakli Kobaxidzenin sözlərinə görə, bu gün Gürcüstanla Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasının səbəbkarı Gürcüstan deyil, Avropadır. Aİ Gürcüstana 2023-cü ilin dekabrında namizəd statusu verib. Lakin qurum Rusiyadan təsirlənən və avtoritar olaraq gördüyü “xarici agent”...
Dünya

Siyasətdə emosiyaya yer yoxdur - Peskov

7 Fevral 2025

Reuters

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətdə emosiyaya yer yoxdur.  O, jurnalistlərin Vladimir Putinin Volodimir Zelenskini düşmən hesab edib-etməməsi ilə bağlı sualına belə cavab verib. "Burada emosiyalara yer ola bilməz və olmamalıdır. Hüquqi təhlil və mütləq praqmatizm üçün yer var. Biz baş verənlərdən tam xəbərdar olmalıyıq", Kreml sözçüsü cavab verib. Peskov jurnalistlərlə söhbətində onu da əlavə edib ki, SVO (hava hücumundan müdafiə sistemi) prosesinin spesifik xarakteri dialoq təşəbbüsünün Ukraynadan gəlməli olduğunu göstərir.

Seçilmiş Videolar

Toplum TV loqo