Siyasət

Nərgiz Absalamovaya təcridxanada xəsarət yetirildiyi bildirilir

4 Fevral, 2025
132

Nərgiz Absalamova/şəxsi arxiv

1 saylı Bakı İstintaq Təcridxanasının qadın korpusunun əməkdaşı Aygül Babayevanın buna qədər Sevinc Vaqifqızına qarşı da zorakılıq etdiyi bildirilir

“Abzas Media”nın jurnalisti Nərgiz Absalamovanın 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı deyilir. Bu barədə o özü ailəsinə məlumat verib (“Abzas Media”).

Jurnalist bildirib ki, vəkillə görüşdən qayıdarkən Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib. Bu zaman onu kameranın qarşısından uzaqlaşdırmağa çalışan nəzarətçi Aygül Babayevanın dırnaqları ilə Nərgizin qolunu bir neçə yerdən cızdığı, nəticədə qolunda yara izləri yarandığını qeyd edilir.

Nərgiz Absalamova həmin nəzarətçinin bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verdiyini bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik məsələyə münasibət bildirməyib.

Aygül Babayeva adlı nəzarətçinin bir neçə həftə əvvəl “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına qarşı da zorakılıq etdiyi bildirlilmişdi. Vaqifqızı deyib ki, ailəsinə zəng etməyə gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib. Bu zaman Aygül Babayeva onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.

“Abzas Media işi” üzrə nəşrin altı əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehrazlızadə həbs edilib.  

Onlar 2023-cü ilin noyabrından həbs edilərək əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan ittihamlar ağırlaşıdırlıb. 

Bu iş üzrə həbs edilənləri 8 ildən 12- ilədək həbs cəzası gözləyir.

Onlar ttihamı rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bidlirirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə çağırırlar.

Azərbaycan hakimiyyəti isə onların peşə fəaliyyətlərinə görə həbs olunmadıqlarını, ölkədə söz azadlığı da daxil bütün hüquq və azadlıqların təmin edildiyini bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...
Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...

Seçilmiş Videolar

Toplum TV loqo