Ölkə

Sara Rəhimova sərbəst buraxılıb - YENİLƏNİB

30 Aprel, 2025
75

sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova sərbəst buraxılılb.

Məlumatı onun yaxınları yayıblar.

Hələlik onun hansı səbəbdən saxlanması barədə məlumat verilmir.

****

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı və ondan saatlardır xəbər alınmadığı deyilir.

Bu barədə onun yaxınları və təşkilatın üzvləri sosial mediada məlumat yayıblar.

Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və hazırda polis bölməsinə aparıldığını bildirib.

Bildirilir ki, Sara Rəhimova polisə məxsus avtomobildə olduğunu əks etdirən foto paylaşıb. 

“Onun Gənclik ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil”, - yaxınları qeyd ediblər.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılmış “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 4 üzvü hazırda həbsdədir.

Təşkilat kuryerlər, moped sürücüləri və digər zəif müdafiə olunan işçi qruplarının əmək hüquqları uğrunda mübarizə aparırdı.

Bu həbslər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi motivli və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq qiymətləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir

2 May 2025

sosial media

Bakının “Bayırşəhər” adlanan hissəsində tarixi abidələr və məhəllələr sökülmək təhlükəsi altındadır.  Bu barədə yerli memarlar sosial şəbəkələrdə həyəcan təbili çalırlar.  Memar Abdul Hüseynovun Toplum TV-yə dediyinə görə, sökülməsi planlaşdırılan, tarixi məhəllələrin olduğu əsas iki ərazi var. Bunlardan biri Təzəpir və Hacı Sultanəli məscidləri arasında olan ərazidir.  Hüseynov bildirir ki, bu ərazi Bakının 2040-cı ilə qədər müddəti əhatə edən baş planında “xüsusi mühafizə olunan ərazi” kimi nəzərdə tutulub və İçərişəhərin Qala divarlarından sonra 2-ci ən əhəmiyyətli zonadır.  Bu ərazinin qorunub mühafizə edilməsi üçün fevralda Hüseynov da daxil olmaqla 200-dən çox Bakı sakini Prezident Administrasiyasına məktub ünvanlayıb.  Onlar “Bayırşəhər”də yerləşən tarixi və...
Ölkə

Azərbaycan hərbi hissədən qaçdığı iddia olunan şəxsi Rusiyaya təhvil verib

24 Aprel 2025

açıq mənbədən götürülüb

Azərbaycan Rusiyada axtarışda olan hərbçini bu ölkəyə ekstradisiya edib.  Bu barədə Azərbaycanın Baş Prokurorluğu aprelin 23-də xəbər verib. Məlumata görə, Rusiya Baş Prokurorluğu 1997-ci il Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ölkəyə təhvil verilməsinə dair vəsatət verib və Azərbaycan tərəfi bunu təmin edib.  Açıqlamada bildirilir ki, Savlatov hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etməkdə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilib. O bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Rusiyanın “Mediazona” saytı müəyyən edib ki, Savlatov Tacikistan doğumlu Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo