şəxsi arxivi
Naxçıvanda hərbi xidmət keçən Elnar Tağıyevin naməlum şəraitdə həyatını itirdiyi deyilir.
“Meydan TV”nin məlumatına görə, hərbçinin yaxınları Elnar Tağıyevin oktyabrın son həftəsində hərbi xidmətə yollandığını bildiriblər.
Noyabrın 8-də keçirilən andiçmə mərasimindən sonra əsgərlərin bir neçə saatlıq evə buraxıldığı, lakin ailənin həmin gün günortadan sonra Elnar Tağıyevlə əlaqə saxlaya bilmədiyi qeyd olunub.
Əsgərin yaxınının sözlərinə görə, axşam saatlarında polis ailəyə zəng edərək onun Naxçıvan şəhərindəki Sahil Parkında intihar etdiyi barədə məlumat verib. Ailə daha sonra xəstəxanaya gedərək meyiti təhvil alıb.
Yaxınlarına hadisə ilə bağlı istintaq aparıldığı bildirilib. Onlar araşdırmanın nəticəsini gözlədiklərini, ölümə görə məsuliyyət daşıyan şəxslər olarsa, cəzalandırılmalarını istədiklərini deyiblər.
Elnar Tağıyevin ölümünün dəqiq səbəbi və hadisənin hansı şəraitdə baş verdiyi barədə rəsmi açıqlama verilməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə əsasən, 2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
İnstitutun direktoru Cəsur Məmmədov daha əvvə "Toplum TV"yə deyib ki, qeyri-döyüş itkilərinin səbəbi korrupsiyadır:
"Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir