İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan edib
sosial media
İran hökuməti Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatları” siyahısına daxil edib. Tehran bu addımın Argentinanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olduğunu bildirib.
İranın dövlət xəbər agentliyi IRNA-nın yaydığı Xarici İşlər Nazirliyinin açıqlamasında Buenos-Ayresin qərarı beynəlxalq hüququn fundamental prinsiplərinə zidd və İrana qarşı “düşmənçilik addımı” kimi qiymətləndirilib.
Tehran qərarın qarşılıqlılıq prinsipi əsasında və 2019-cu ildə qəbul edilmiş qanuna uyğun verildiyini bildirib.
Həmin qanun ABŞ-nin SEPAH-ı terror təşkilatı elan etməsini dəstəkləyən və ya bu qərara qoşulan ölkələrə qarşı cavab tədbirlərinin görülməsini nəzərdə tutur.
İran XİN Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin sözügedən qanunun müddəalarına uyğun olaraq “terror təşkilatı” elan edildiyini açıqlayıb. Tehran yaranacaq nəticələrə görə Argentina hökumətinin məsuliyyət daşıyacağını da bəyan edib.
Argentina bu ilin aprelində SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Buenos-Ayres qərarı İranın Livandakı “Hizbullah” qruplaşmasına dəstəyi və 1994-cü ildə Buenos-Ayresdəki AMIA yəhudi icması mərkəzində törədilmiş partlayışla bağlı ittihamlarla əsaslandırıb.
Həmin partlayış nəticəsində 85 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. İran isə hücumda iştirakına dair ittihamları rədd edir.
Bu, Tehranın son günlərdə oxşar məzmunlu ikinci qərarıdır. İran noyabrın 1-də Böyük Britaniyanın Kral Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini də “terror təşkilatları” elan etmiş, MI6-nı isə “düşmən təşkilat” kimi təsnifləşdirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları: Əsas fikir ayrılığı ərazi məsələsidir
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir