Ölkə

70 kq qızıl qaçaqmalçılığında təqsirli bilinən polkovnikin cəzası azaldılıb

11 noyabr, 2026
8

sosial media

İstanbul hava limanında 70 kiloqram qızıl külçəni götürdükdən sonra saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib.
Bununla belə, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib.

Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub. Yarım il davam edən məhkəmə prosesinin yekununda Q.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və qaçaqmalçılıqda təqsirli bilinib.
Lakin o, ittihamla razılaşmayıb və ona qarşı irəli sürülmüş qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu bildirib.
Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib.
Cinayət işinin materiallarına əsasən, o, Anar Qasımov adlı şəxslə əvvəlcədən razılaşaraq 2024-cü il noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib. Həmin gün A.Qasımov da Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gəlib və özü ilə gətirdiyi qızıl külçələrlə dolu çantanı hava limanında, gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyub.

İstintaqın versiyasına görə, Q.Məmmədov çantanı götürərək diplomatik pasportundan və vəzifə səlahiyyətlərindən istifadə edib, qızılı bəyan etmədən gömrük sərhədindən keçirib. Daha sonra Anar Qasımovla görüşmək üçün İstanbuldakı otellərdən birinə taksi ilə gedərkən saxlanılıb.
İttihamda qeyd olunub ki, çantaya baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində, 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Həmçinin hava limanındakı saxlanc yerində içərisində 14 kiloqram qızıl külçə olan, gömrük sərhədindən keçirilməmiş daha bir çantanın aşkarlandığı bildirilib.
nun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb", - ittihamda vurğulanırdı.

Həmçinin bildirilir ki, hava limanında sözügedən saxlanc yerində içində 14 kiloqram qızıl külçələrin olduğu, gömrük sərhədindən keçməmiş daha bir çanta aşkarlanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Naxçıvanda hərbi xidmətə yeni başlayan əsgərin öldüyü deyilir

11 noyabr 2026

şəxsi arxivi

Naxçıvanda hərbi xidmət keçən Elnar Tağıyevin naməlum şəraitdə həyatını itirdiyi deyilir. “Meydan TV”nin məlumatına görə, hərbçinin yaxınları Elnar Tağıyevin oktyabrın son həftəsində hərbi xidmətə yollandığını bildiriblər. Noyabrın 8-də keçirilən andiçmə mərasimindən sonra əsgərlərin bir neçə saatlıq evə buraxıldığı, lakin ailənin həmin gün günortadan sonra Elnar Tağıyevlə əlaqə saxlaya bilmədiyi qeyd olunub. Əsgərin yaxınının sözlərinə görə, axşam saatlarında polis ailəyə zəng edərək onun Naxçıvan şəhərindəki Sahil Parkında intihar etdiyi barədə məlumat verib. Ailə daha sonra xəstəxanaya gedərək meyiti təhvil alıb. Yaxınlarına hadisə ilə bağlı istintaq aparıldığı bildirilib. Onlar araşdırmanın nəticəsini gözlədiklərini, ölümə görə məsuliyyət daşıyan şəxslər olarsa, cəzalandırılmalarını istədiklərini deyiblər. Elnar...
Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...

Seçilmiş Videolar

Toplum TV loqo