Ölkə

Səhiyyə Nazirliyi yeni virus - metapnevmovirus barədə xəbərdarlıq edib

6 Yanvar, 2025
54

açıq mənbədən götürülüb

Çin, Qazaxıstan və Rusiyada metapnevmovirus - kəskin respirator virus infeksiyaları üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur. Onun sinmptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır.

Bu haqda Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir. 

Bildirilir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir, ona əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. 

Virusun yuxarı tənəffüs yollarında inkişaf etdiyi və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxdığı qeyd edilir.  

İmmun sistemi zəif və ya yanaşı xəstəlikləri olan (məsələn, bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) şəxslərdə bronxit və ya pnevmoniya ilə ağırlaşa biləcəyi də vurğulanır.

Nazirlik bildirir ki, epidemioloji vəziyyətə nəzarət etmək üçün qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi müayinə aparır.

Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə etmək, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqlar daxil etmək və qrip əleyhinə vaksinasiya tövsiyə olunur.

Son günlər Azərbaycanda da oxşar əlamətlərə malik virusun yayılması haqda məlumatlar dolaşır. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Rüfət Səfərovun anası ilə bağlı “stop” ləğv edilib 

7 Yanvar 2025

Sosial Şəbəkə

Hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib və o, həyat yoldaşı ilə Türkiyəyə müalicəyə yola düşüb. Bu haqda Rüfət Səfərovun Facebook səhifəsində yaxınları paylaşım ediblər.  T.Tahirqızı ötən həftə parkinson xəstəsi olan həyat yoldaşı Eldar Sabiroğlu ilə müayinə üçün Türkiyəyə getməli idi. Amma son anda hava limanında məlum olub ki, onun ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub.  T.Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün istintaqa dəvət edilib. O, mətbuata bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinə getsə də, ifadə verməkdən imtina edib. “Müstəntiqə bildirdim ki, oğlumu şərləyib həbs ediblər. Hər hansı bir...
Ölkə

Qəzaya uğrayan təyyarənin “qara qutu”sunun deşifrə olunduğu bildirilir

7 Yanvar 2025

açıq mənbədən götürülüb

Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (Cenipa) dekabrın 25-də Aktauda qəzaya uğramış Embraer sərnişin təyyarəsinə məxsus “qara qutu”nun analizini başa çatdırıb (Turan). Qurumdan bildirilib ki, məlumatların çıxarılması, bərpası və təsdiqlənməsi prosesi yanvarın 4-də tamamlanıb. Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) məlumatına görəsə, analiz prosesinə nəzarət etmək üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlər də Braziliyaya gediblər.  Bərpa olunmuş məlumatların Qazaxıstanın Aviasiya Qəzalarının Araşdırılması İdarəsinə təhvil verildiyi bildirilir.  Audio yazılar və ya ilkin nəticələr barədə heç bir məlumat açıqlanmayıb. FAB öz bəyanatında uçuş ssenarilərinin bərpası üçün qabaqcıl 3D animasiya texnologiyalarından istifadə edildiyini qeyd edib: “Bu texnologiya müstəntiqlərə uçuş trayektoriyası, sürət,...

Seçilmiş Videolar

Toplum TV loqo