Ölkə

NİDA üzvlərinə hökm oxumuş hakim vəkilliyə başlayıb

13 May, 2026
121

Açıq mənbə

Mayın 13-də Vəkillər Kollegiyasında yeni vəkillərin andiçmə mərasimi keçirilib. 

“Report”un xəbərinə görə, onların sırasında Konstitusiya Məhkəməsinin keçmiş sədr müavini Sona Salmanova və keçmiş hakimlər Cavid Hüseynov, Anar Sadıqov, Novruz Kərimov, Coşqun Abdullayev, Mirzə Tağızadə və Füzuli Pənahov da yer alıb. 

C.Hüseynov 2013-2014-cü illərdə həbsdə olan NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəmə proseslərini aparmaqla tanınır. O, 2014-cü ilin mayında hərəkatın 8 üzvünə 6 ildən 8 ilə qədər həbs cəzası vermişdi. 

Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli biliniblər. NİDA üzvləri isə ittihamları rədd edib, siyasi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyiblər. 

Ali Məhkəmə 2021-ci ildə Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə, bir il sonra isə Məmməd Əzizov və Şahin Novruzluya bəraət verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Qraffitiyə görə həbs olunan gənc: "Haqqımda çoxlu yalan məlumat yayılıb"

14 İyun 2026

sosial media

"Nizami" kinoteatrının divarındakı qraffitilərlə bağlı cinayət işi çərçivəsində həbs olunmuş Ardeşir Seypfur Saad Abadi ictimaiyyətə müraciət edib.  Yaxınlarının iyunun 13-də ictimailəşdirdiyi müraciətdə Abadi barəsindəki ittihamları rədd edib.  Belarus vətəndaşı olan 20 yaşlı gənc bir yaşında ikən valideynlərinin Bakıya köçdüyünü, o vaxtdan burada böyüdüyünü, hazırda ADA Universitetində bakalavr təhsili aldığını bildirib.  "Dizayna və yerli müasir mədəniyyətə böyük marağım var. Mən komiks üslubunda personajlar, geyim dizaynları, nişanlar, açıqcalar və digər "merch" məhsulları hazırlayıram. Həmçinin, yerli skeyt mədəniyyətinin inkişafı üçün tədbirlər və gənc rəssamlarımız üçün sərgilər təşkil edirəm. Bu ilin 2 aprel tarixindən etibarən KİV-lərdə mənim haqqımda çoxlu yalan məlumatlar yayılıb. Hətta Azərbaycanda...
Ölkə

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir

29 Aprel 2026

Toplum TV

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir. Bu barədə fəalın həyat yoldaşı Aytac Vəlişova "Toplum TV"-yə məlumat verib. Onun sözlərinə görə, M.Vəlişov aprelin 25-də saxlanıldığı Umbakı Penitensiar Kompleksindən Lənkəran rayonundakı həbsxanaya köçürülməli idi. Lakin həmin vaxtdan həyat yoldaşı ilə əlaqə saxlaya bilmir.  "Mənsur demişdi ki, bazar ertəsinə qədər ondan xəbər çıxmasa, ölüm aclığına başlayacaq. Dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, Mənsurun hazırda harada saxlanılması haqqında məlumat verə bilməzlər", - o deyib.  M.Vəlişov daha öncə həyat yoldaşı ilə telefon danışığında şərləndiyini düşündüyünü bildirib. O, bu və digər tələblərlə bağlı aclıq aksiyasına başlayacağını deyib.  "O...

Seçilmiş Videolar

Toplum TV loqo