"Reuters": 'ABŞ-İran razılaşmasında İrana 300 milyardlıq sərmayə nəzərdə tutulub'
Reuters
ABŞ və İran arasında imzalanacaq, lakin mətni hələ açıqlanmayan razılaşmada İrana 300 milyard ABŞ dolları dəyərində özəl sərmayə yatırımının nəzərdə tutulduğu bildirilir.
Bu barədə iyunun 17-də "Reuters" agentliyi adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, razılaşmanın tərkib hissəsi kimi 300 milyard dollarlıq fond yaradılacaq və bütün vəsait özəl sektor hesabına yığılacaq. Artıq sərmayənin yarısı ilə bağlı konkret öhdəliklər götürüldüyü də bildirilir.
Mənbə konkret şirkət adları çəkməsə də, ABŞ, Fars Körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrikada yerləşən şirkətlərin sərmayə ayırmağa razılıq verdiyini bildirib. O əlavə edib ki, vəd edilmiş investisiyalar enerji, logistika, istehsal və nəqliyyat sahələrini əhatə edəcək.
İran Yaxın Şərqin ən böyük iqtisadiyyatlarından birinə malik olsa da, son dörd onillikdə demək olar ki, heç bir əhəmiyyətli xarici investisiya cəlb edə bilməyib. Ardıcıl beynəlxalq sanksiyalar nəticəsində ölkə qlobal kapital bazarlarından təcrid olunub.
Mənbənin bildirdiyinə görə, sərmayə fondu ABŞ sanksiyalarının ləğvi və xaricdə dondurulmuş İran dövlət aktivlərinin azad edilməsi ilə bağlı paralel danışıqlar prosesindən tamamilə ayrıdır. Mənbə qeyd edib ki, bunlar məqsədləri və vaxt çərçivələri fərqli olan iki ayrı maliyyə mexanizmidir.
ABŞ və İran arasında münaqişənin dayanması ilə bağlı yekun razılaşmanın iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran isə cavab olaraq Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb.
Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə tam başa çatmayıb və Hörmüz boğazı açılmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb