Ölkə

Qaçaqmalçılıqla qızıl gətirən gömrükçülər azadlığa buraxılıb

25 İyun, 2025
136

Foto: açıq mənbə

Dubaydan Azərbaycana qaçaqmalçılıq yolu ilə 190 min manat dəyərində qızıl gətirməkdə ittiham olunan gömrükçülərin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev və Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimova hökm oxunub. 

Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 190 min manat dəyərində olan 5 qızıl külçəni qaçaqmalçılıq yolu ilə gömrükdən keçiriblər. Onlar ötən ilin avqustunda həbs olunublar. 

Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərə verilmiş ittihamların məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapdığını bildirib, lakin onları yalnız şərti azadlıqdan məhrum edib. 

Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. 

Azərbaycanda 2023-cü ilin noyabrından 20-dən çox jurnalist və vətəndaş cəmiyyəti üzvü qaçaqmalçılıq ittihamı ilə həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Kanalizasiyaya düşərək ölən gənclə bağlı cinayət işi açılıb

30 İyun 2025

Foto: Açıq mənbə

Bakının “Baksol yolu” adlanan hissəsində yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölən gənclə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq iyunun 30-da məlumat yayıb.  Məlumata əsasən, araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır. “Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb və ibtidai istintaq davam edir”, - deyə qeyd edilib.  İyunun 26-da 28 yaşlı Cümşüd Cümşüdlü Nərimanov rayonunda yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti...
Ölkə

““Abzas”çılar və Bəhruz Səmədova oxunan hökmlər olan-qalan müstəqil mediaya son qoymaqdır” 

24 İyun 2025

Foto: Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlər və sülh fəalı Bəhruz Səmədova oxunan məhkəmə hökmlərini qınayıb.  Beynəlxalq təşkilatın iyunun 23-də yaydığı bəyanatda deyilir ki, hökmlər Azərbaycan hakimiyyətinin ölkədə “olan-qalan müstəqil məlumat yayımına son qoymaq istəməsindən xəbər verir”.  Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gülnoza Səidin adından verilən bəyanatda, həmçinin, Səmədovun təcridxanada intihara cəhd etməsindən narahatlıq ifadə olunur.  “Hakimiyyət Səmədovun sağlam rifahını təmin etməli, onu və nahaq yerə həbs olunmuş jurnalistləri təcili azad etməlidir”, - deyə təşkilat çağırış edib.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov 15 il...

Seçilmiş Videolar

Toplum TV loqo