Ölkə

Agentlik rəhbərindən etiraf: “Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər  sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər”

18 Dekabr, 2024
19

pravda

"Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər, məmurlar sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər".

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Məmmədov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib (Pravda.az). 

O, çıxışında pasiyentlərin səhiyyədən narazı qalması məsələsinə diqqət çəkib. Vüqar Məmmədovun sözlərinə görə, pasiyent əməliyyatdan narazıdırsa, amma cərrah deyirsə ki, uğurlu alınıb, bunun önəmi yoxdur, əsas pasiyentin razılığıdır.

"İnsanı yüksəlt ki, dövlət yüksəlsin. Səhiyyədə əsas faktor insan olmalıdır. Buna görə Türkiyədə Ağ Partiya yüksək faiz səs qazandı. Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər, məmurlar sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər. Bu zaman onlar pasiyent olacaqlar, məmur yox..." - agentliyin rəhbəri qeyd edib.

Vüqar Məmmədov Azərbaycanın təkmil qanunvericilik bazası olduğunu söyləsə də, əlavə edib ki, qanunlar işləmirsə, önəmi yoxdur. O, fikrini “mexanizmlər işləməlidir" deyə yekunlaşdırıb.

Azərbaycanda son illər xəstələrin çoxu müayinə və müalicə üçün qonşu ölkələrə gedir. Xaricə gedənlər arasında yüksək vəzifəli məmurlar da var, onlar daha çox Avropa ölkələrinə və ABŞ-a üstünlük verirlər. Bu, xaricdə təhsil alanların sayının artması, ölkədə yeni xəstəxanaların, mərkəzlərin açılması fonunda baş verir. Mütəxssislər pasiyentlərin xaricə getməsini yerli səhiyyəyə etimadın qalmaması ilə izah edirlər. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

TƏBİB: “Həkimlərin 60-70 faizi paytaxtda cəmlənib”

18 Dekabr 2024

BakuPost

Regionlarda ciddi həkim çatışmazlığı var (APA). Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində deyib. O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda toplaşıb. Direktor müavini həkimlərin əyalətdən qaçmasının və Bakıda işləməsinin səbəbi haqda heç nə deməyib. Araz Nəsirov bir onu deyib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.       
Ölkə

 Qusar sakininin polis tərəfindən güllələndiyi deyilir

17 Dekabr 2024

açıq mənbədən götürülüb

Qusar sakini, 30 yaşlı Alxas Şıxmətovun dekabrın 16-da polislər tərəfindən güllələndiyi bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda axtarışda olan Şıxmətovun polisə silahlı müqavimət göstərdiyi deyilir. “30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır”, - nazirliyin məlumatında qeyd edilir. Son 3-4 ayda DİN buna bənzər bir neçə xəbər yayıb. Xəbərlərdə Bakının Sabunçu, Binəqədi, Suraxanı rayonlarında, eləcə də Lerikdə vətəndaşların “polisə silahlı müqavimət” adıyla güllələnərək öldürüldüyü vurğulanıb. Bu hadisələr haqda geniş məlumat verilmir.     

Seçilmiş Videolar

Toplum TV loqo