Ölkə

COP29-da azərbaycanlı fəhlənin etiraz aksiyası: “Əməyimiz istismar edilir, nə normal maaş, nə də vəd edilən bonusu verirlər”

18 Noyabr, 2024
548

Toplum TV

Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində fəhlə kimi işləyən İsmayıl Cəfərli noyabrın 18-də etiraz aksiyası keçirib. Onun sözlərinə görə, işə başlayanda onlara  gündəlik 8 saatlıq iş müqabilində 20 manat və üstəlik də bonus ödəniləcəyi vəd edilib. Amma noyabrın 17-də onlara günaşırı işləyəcəklərini bildiriblər. 

“Burda ən aşağı əmək haqqı ilə işlədilən bizik. Əməyimiz istismar edilir. Bizə nə normal maaş, nə də vəd edilən bonusu verirlər. Tək mənim yox, 100-dən yuxarı işçinin hüquqları pozulur...”

Yerli mühafizəçi çox çalışsa da İsmayıl Cəfərlini zaldan çıxara bilməyib.

Çıxışına davam edən gənc bu aksiyadan sonra yaxınlarına, özünə təzyiqlər olacağını istisna etməyib: “Bu gündən sonra məni işdən çıxaracaqlar. Təzyiq göstərəcklər mənə. Buna rəğmən, 500 işçi var, onlar tələbədirlər. Onların haqları istismar olunur. Bu uşaqlar köləliyə gəlməyib, istismar olunurlar...”

8 dəqiqəyə yaxın aksiya keçirən etirazçını COP29-un keçirildiyi məkandan BMT-nin mühafizəçiləri çıxara biliblər. 

Az sonra məlum olub ki, onun tədbirə akkreditasiyası ləğv edilib, özü isə sərbəst buraxılıb. COP29-un təşkilatçısı olan Azərbaycan hökumətinin rəsmiləri İsmayıl Cəfərlinin tələbləri haqqında hələlik açıqlama verməyiblər. 

İsmayıl Cəfərli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Bakıda keçirilir. Noyabrın 11-də başlayan askiya bu həftə - noyabrın 22-də başa çatmalıdır.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

13 Avqust 2026

sosial media

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların fəaliyyəti bərpa olunandan bəri reys üzrə biletlərin qıtlığı ilə bağlı şikayətlər səngimir.  Sosial şəbəkələrdə səyahət qruplarında insanlar davamlı olaraq onlayn və fiziki şəkildə bilet almağın çətinliyindən yazır. Səyahətçilər, xüsusilə, Tbilisi-Bakı reysi üzrə bilet tapa bilməməkdən şikayətlənir.  Dəmir yolu vağzalına Tbilisi-Bakı istiqaməti üzrə bilet almaq üçün gedən, təcrübəsini sosial media hesabında paylaşan Elnurə Abuşova gördüklərini “biabırçılıq və özbaşınalıq” adlandırıb.  “İnsanları geridönüş bileti ala biləcəklərinə əmin edib, bilet satıb, pullarını dövriyyəyə buraxıb, sonra geridönüşün yalnız təyyarə ilə, ya da tur agentlikləri ilə mümkünlüyünü him-cimlə başa salıb, faiz tutaraq pulları geri qaytarırlar. Aldanıb bilet alanların 2 yolu var -...
Ölkə

Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar” 

12 Avqust 2026

sosial media

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarların getdiyi barədə xəbərlər yayılmağa davam edir.  Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında ixtisara salınan SOCAR işçilərinin şikayətlərini ictimailəşdirir.  Məsələn, vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış bir məktubda Zabit Ağayev adlı Masallı sakini 34 il SOCAR-da maşınist işlədiyini deyir. Onun sözlərinə görə, martın 31-də öz ərizəsi ilə işdən çıxması tapşırılıb, əks halda “müxtəlif bəhanələrlə işdən azad ediləcəyi” deyilib.  “Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo