Ölkə

Hakim məhkəmə zalında həbs edildi, ona ən az cəza verildi

23 Yanvar, 2025
229

sosial media

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon Məhkəməsinin keçmiş hakimi Elsun Əhmədov məhkəmə zalındaca həbs olunub (Azadlıq Radiosu).

O, rüşvət almaqda təqsirləndirilib. E. Əhmədov məhkəmədə özünü təqsirli bilmədiyini, heç kimdən rüşvət istəmədiyini və almadığını deyib. Barəsindəki cinayət işini qurama adlandıran hakim son sözündə də məhkəmədən bəraət istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu təqsirli sayıb. E. Əhmədovun ittiham olunduğu CM-in 311.3.3 maddəsində cəza 8 ildən başlasa da, ona minimum həddən də aşağı - 5 il həbs cəzası kəsilib.

O, 2024-cü il fevralın 6-da saxlanılıb. İstintaq və məhkəmə gedən dövrdə onun ev dustaqlığında qalmasına qərar verilib.

E. Əhmədovun hakimlik fəaliyyətinin müddəti 2023-cü il dekabrın 21-də başa çatıb və uzadılmayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Təcridxanada nəzarətçi olmaq: "Burada “adamın” olmayanda işləmək çətin olur"

29 Avqust 2025

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında nəzarətçi olmaq haqqında məktub yazıb.  "Abzas Media"nın dərc etdiyi yazıda Vaqifqızı nəzarətçinin dili ilə təcridxana həyatını nəql edir.  Toplum TV yazını bütöv halda təqdim edir:  İş üçün döndüm-dolaşdım “təhsilin yoxdur” deyib işə götürmədilər. Bir gün öyrəndim ki, 3 aylıq kurs keçməklə Penitensiar Xidmətin əməkdaşı olmaq olur. Kursa yazılıb, onu yarım-yamalaq bitirib işə girişdim. Məni Bakı İstintaq Təcridxanasının qadın korpusuna nəzarətçi göndərdilər. Əvvəl-əvvəl nizam-intizamdan çox danışdılar. Özümü toparlayıb işimə diqqət elədim. Gün keçdikcə başqa nəzarətçilərin illərlə topladığı təcrübəyə baxıb özümü məzəmmət elədim ki, bu nizam-intizamla hara qədər gedəcəksən? Maşının krediti...
Ölkə

Fotoqraf Əhməd Muxtar həbs olunub 

29 Avqust 2025

Foto: sosial media

Fotoqraf Əhməd Muxtar "Meydan TV işi" üzrə avqustun 27-də saxlanılıb.  "Meydan TV"-nin məlumatında bildirilir ki, avqustun 28-də onun barəsində Xətai Rayon Məhkəməsində 40 günlük həbs qətimkan tədbiri seçilib. "Meydan TV" redaktoru Orxan Məmməd isə "Facebook" səhifəsində fotoqrafın media qurumu ilə heç bir əməkdaşlığı olmadığını yazıb.  Əhməd Muxtarın “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxs olduğu bildirilir.  Xəbərdə, həmçinin, bildirilir ki, “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərə qarşı ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli...

Seçilmiş Videolar

Toplum TV loqo