Ölkə

Qəzaya uğrayan təyyarənin “qara qutu”sunun deşifrə olunduğu bildirilir

7 Yanvar, 2025
31

açıq mənbədən götürülüb

Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (Cenipa) dekabrın 25-də Aktauda qəzaya uğramış Embraer sərnişin təyyarəsinə məxsus “qara qutu”nun analizini başa çatdırıb (Turan).

Qurumdan bildirilib ki, məlumatların çıxarılması, bərpası və təsdiqlənməsi prosesi yanvarın 4-də tamamlanıb.

Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) məlumatına görəsə, analiz prosesinə nəzarət etmək üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlər də Braziliyaya gediblər. 

Bərpa olunmuş məlumatların Qazaxıstanın Aviasiya Qəzalarının Araşdırılması İdarəsinə təhvil verildiyi bildirilir. 

Audio yazılar və ya ilkin nəticələr barədə heç bir məlumat açıqlanmayıb.

FAB öz bəyanatında uçuş ssenarilərinin bərpası üçün qabaqcıl 3D animasiya texnologiyalarından istifadə edildiyini qeyd edib: “Bu texnologiya müstəntiqlərə uçuş trayektoriyası, sürət, yüksəklik, sistemin performansı və ekipajın hərəkətləri kimi kritik parametrləri daha dəqiq anlamağa imkan verir”.

FAB vurğulayıb ki, araşdırma nəticələri yalnız Qazaxıstan müstəntiqlərinin yurisdiksiyasına daxildir.

Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb. 

Yanvarın 6-da Prezident İlham Əliyev təyyarə qəzası haqda danışarkən “qara qutu”ların açılmasının Azərbaycanın təkidi ilə Braziliyada həyata keçirildiyini deyib. O, “qara qutu”lar açıldıqdan sonra bu günə qədər hələ də cavabı bəlli olmayan bütün məsələlərin üzə çıxacağını qeyd edib: “Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur… Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

SHXÇDX: “Son iki ildə 95 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib”

9 Yanvar 2025

SHXÇDX/sosial media

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib. Xidmətin yaydığı məlumatda deyilir ki, vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılıb, 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Bundan başqa, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüldüyü, o cümlədən 13 əməkdaşın mənfi motivlə ehtiyata buraxıldığı və əmək müqaviləsinə xitam verildiyi qeyd olunur.  Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunub. Ötən...
Ölkə

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? 

Son 2 gündə 2 uşaq ölümü qeydə alınıb

9 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızdırma ilə xəstəxanaya gətirilən iki yaşlı Maxac İsmayıl oğlu Katmayev ölüb. Bu, həmin xəstəxanada il başlayandan bəri artıq ikinci uşaq ölümüdür. Yanvarın 7-də isə yeni doğulmuş körpənin öldüyü bildirilmişdi. Qafqazinfo-nun məlumatına görə, yanvarın 8-də Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilən  Danaçı kənd sakini Maxac Katmayevi müayinə edən həkimlər onda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğunu müəyyən ediblər. Uşağın təcili Reanimasiya şöbəsinə köçürüldüyü, amma müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində öldüyü qeyd olunur. Yanvarın 7-də isə sözügedən xəstəxanada yeni dünyaya gəlmiş körpənin ölümü ilə bağlı TƏBİB-dən Report-a bildirilib ki, Zaqatala rayonunun Gözbarax...

Seçilmiş Videolar

Toplum TV loqo