SHXÇDX: “Son iki ildə 95 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib”
SHXÇDX/sosial media
Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Xidmətin yaydığı məlumatda deyilir ki, vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılıb, 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Bundan başqa, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüldüyü, o cümlədən 13 əməkdaşın mənfi motivlə ehtiyata buraxıldığı və əmək müqaviləsinə xitam verildiyi qeyd olunur.
Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunub.
Ötən ilin oktyabrında Xidmətin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyev külli miqdarda rüşvət ittihamı ilə həbs edilib.
Ondan əvvəl sentyabda Xidmətin Daşkəsən rayon bölməsinin rəisi, mayor Anar Əsgərov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə həbs olunub.
Bu yaxınlarda həbs olunanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov da var. O, rüşvət alma və dələduzluq kimi əməllərdə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında nə baş verir?
Son 2 gündə 2 uşaq ölümü qeydə alınıb
Toplum TV
pressklub.az
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?