Siyasət

Keçmiş Gəncə məhbusu Elvin Nəzərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

9 Yanvar, 2025
23

Elvin Nəzərov/şəxsi arxiv

Yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində keçmiş Gəncə məhbusu Elvin Nəzərova hökm oxunub. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elvin Nəzərov şiə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə narkotik ittihamı ilə tutulmuşdu.

Bu, onun ilk həbsi deyil. 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra həbs olunan Elvin Nəzərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2021-ci ilin yanvarında cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdı.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Dənizkənarı Bulvar İdarəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

9 Yanvar 2025

apa

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin keçmiş sədri  İlqar Mustafayevin həbs müddəti daha 4 ay uzadılıb.  Korrupsiya ittihamı ilə həbs edilən Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.  Həmin müddətin istintaqın aparılması üçün kifayət etmədiyini bildirən prokuror məhkəməyə təqdimat verərək, həbs müddətinin daha bir neçə ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib. İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.  
Siyasət

Gömrük Komitəsinin keçmiş sədri: “Hər il Vasif Talıbova 30 milyon dollardan çox pul çatdırılıb”

9 Yanvar 2025

azadlıq.org

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli istintaqa ifadəsində deyib ki, gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırılırmış.  Azadlıq Radiosu xəbər verir ki, o, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırdığını bildirib. S.Həbibbəylinin sözlərinə görə, toplanan məbləğ ilbəil artdıqca rəhbərliyə çatdırılan pullar da artıb.  “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar...

Seçilmiş Videolar

Toplum TV loqo