Gömrük Komitəsinin keçmiş sədri: “Hər il Vasif Talıbova 30 milyon dollardan çox pul çatdırılıb”
azadlıq.org
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli istintaqa ifadəsində deyib ki, gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırılırmış.
Azadlıq Radiosu xəbər verir ki, o, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırdığını bildirib. S.Həbibbəylinin sözlərinə görə, toplanan məbləğ ilbəil artdıqca rəhbərliyə çatdırılan pullar da artıb.
“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”, gömrük generalı ifadəsində deyib.
Rəhbərliyə çatdırılan yüz milyonlarla dolların qeyri-rəsmi şəkildə toplandığını söyləyən S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, ona qədər mövcud olduğunu bildirib: "Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir".
Gömrük generalının dediyinə görə, razılaşmaya əsasən, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, deputat İsa Həbibbəylinin oğlu olan Səhət Həbibbəyli Naxçıvan MR gömrük sistemində 2001-ci ildə inspektor kimi işə başlayıb. 2011-ci ildən 2018-ci ilədək komitənin sədr müavini olub. 2019-cu ilin martında isə V.Talıbovun fərmanıyla Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.
2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvandakı bir sıra qurumlarda əməliyyatlar keçirəndə o da saxlanılıb. Amma bir neçə gün sonra sərbəst buraxılıb.
DTX-nın Naxçıvan MR Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində şöbə rəisi Mansur Əsgərov, onunla yanaşı, 2020-ci ilədək M.Əsgərovun vəzifəsində çalışmış, daha sonra muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov və başqaları da həbs edilmişdi.
M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib. Onlara hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.
M.Əsgərovla bağlı cinayət işində iddia olunur ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib.
Keçmiş gömrük əməkdaşı özünü qismən təqsirli hesab edib. O deyib ki, qeyri-rəsmi sistem qurulmuşdu və ora nəzarət vardı deyə bir manat pul mənimsəyə bilməzdi.
Milli Şuranın sədri Cəmil Həsənli S.Həbibbəylinin açıqladığı rəqəmlər, üstəlik də azadlıqda qalmasına Facebook səhifəsində münasibət bildirib:
“Deməli 5 il ərzində vətəndaşın dərisini soy, çığırda-çığırda cibindən 140 milyon dollar çıxar, özün də azadlıqda gəz. Əvəzində Tofiq Yaqublunun evində axtarış apar, döşəyinin altına qoyduğun 7 min avro və 2500 manatı “tap”, adamı “dəladuz” kimi bir il bir aydır məhkəməsiz həbsdə saxla. Budurmu ədalət?”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
apa
Keçmiş Gəncə məhbusu Elvin Nəzərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Elvin Nəzərov/şəxsi arxiv
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?