Ölkə

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? 

Son 2 gündə 2 uşaq ölümü qeydə alınıb

9 Yanvar, 2025
62

Toplum TV

Yanvarın 8-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızdırma ilə xəstəxanaya gətirilən iki yaşlı Maxac İsmayıl oğlu Katmayev ölüb.

Bu, həmin xəstəxanada il başlayandan bəri artıq ikinci uşaq ölümüdür. Yanvarın 7-də isə yeni doğulmuş körpənin öldüyü bildirilmişdi.

Qafqazinfo-nun məlumatına görə, yanvarın 8-də Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilən  Danaçı kənd sakini Maxac Katmayevi müayinə edən həkimlər onda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğunu müəyyən ediblər. Uşağın təcili Reanimasiya şöbəsinə köçürüldüyü, amma müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində öldüyü qeyd olunur.

Yanvarın 7-də isə sözügedən xəstəxanada yeni dünyaya gəlmiş körpənin ölümü ilə bağlı TƏBİB-dən Report-a bildirilib ki, Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı qeysəriyyə əməliyyatı üçün müraciət edib:

"Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb".

Ötən ilin noyabrında da məhz bu xəstəxanada bir həftə içində iki yeni dünyaya gələn körpə tələf olmuşdu. 

Bunlar ictimaiyyətə bəlli olan faktlardı.

2024-cü ilin noyabrında həmin xəstəxanada təkcə noyabrda dörd körpənin ölümünə diqqət çəkən vəkil Zibeydə Sadıqova Facebook profilində komissiya təşkil edilməsini və problemlərin aşkar edilməsini tələb edir.

Hələlik rəsmi qurumlar buna münasibət bildirməyiblər.

Təkcə son illər mətbuatda gedən xəbərləri izlədikdə Zaqatala rayon Mərkəzi Xəstəxanasında ana və uşaq ölümləri ilə bağlı çox sayda şikayətlər gəldiyini görmək olar. Elə iki fakt haqda iki il öncə Toplum TV əməkdaşları da bununla bağlı reportaj hazırlamışdılar: “Zaqatalada ana və uşaq ölümünün səbəbi: “Dedilər ki, onun adamı var. Bəs mən adam deyiləm, uşağımı öldürürsünüz?”.

O zaman TƏBİB-dən Toplum TV-yə həmin xəstəxananın nəzarət altında olduğu deyilmişdi. Amma üstündən iki il keçir və Zaqatala Rayon Mərkəzi Xəstəxanasından ana və uşaq ölümləri xəbərləri gəlməkdə davam edir. Bu xəstəxanada nə baş verir? Buna ancaq rəsmi qurumlar izahat verə bilər. 

Bir qədər öncə isə Toplum TV “Ötən il ana ölümündə rekord göstərici, uşaq ölümündə 90-cı illərə qayıdış"

başlıqlı yazıda ana və uşaq ölümlərinin ölkədə kəskin artmasından yazmışdı. Qeyd edilirdi ki, rəsmi statistikaya görə, 2023-cü ildə hər 1000 nəfər doğulan uşaqdan 1 yaşına çatmadan 18 uşaq tələf olub. Bu əvvəlki 3 il (2020-2022-ci illər) üzrə orta göstəricidən az qala 2,5 dəfə yüksəkdir. Həmin göstərici 2020-ci ildə 9,8 nəfər, 2021-ci ildə 7,5 nəfər, 2022-ci ildə isə 7,8 nəfər olub. 

Bundan başqa, 1996-1997-ci illərin rəqəmlərinin təkrarlandığı vurğulanırdı: Azərbaycanda 2023-cü ildə qeydə alınan 1 yaşa qədər uşaq ölümü əmsalı az qala 1990-cı illərin sonlarındakı səviyyəyə uyğundur. 1996-1997-ci ildə bu göstəricinin səviyyəsi 19 nəfərə yaxın olub, sonrakı dövrdə davamlı olaraq azalaraq 2006-2022-ci illərdə 7,8-12 nəfər intervalında dəyişib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

SHXÇDX: “Son iki ildə 95 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib”

9 Yanvar 2025

SHXÇDX/sosial media

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib. Xidmətin yaydığı məlumatda deyilir ki, vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılıb, 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Bundan başqa, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüldüyü, o cümlədən 13 əməkdaşın mənfi motivlə ehtiyata buraxıldığı və əmək müqaviləsinə xitam verildiyi qeyd olunur.  Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunub. Ötən...
Ölkə

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları dayandırıb

9 Yanvar 2025

pressklub.az

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları qeyri-müəyyən müddətə dayandırıb. AZAL bildirir ki, buna səbəb Kazan üzərində hava məkanının dəfələrlə bağlanması və bunun "Kovyor" planının tətbiqi ilə əlaqələndirilməsidir. Qeyd olunur ki, qərar Kazan hava məkanındakı davam edən pozuntular fonunda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Öncədən bilet alan sərnişinlər tam geri ödəniş və ya biletlərin pulsuz dəyişdirilməsi hüququna malikdirlər, aviaşirkətdən deyilib. Dünən AZAL Kazan hava məkanı "Kovyor" planının aktivləşdirilməsi səbəbindən bağlandığı üçün bu şəhərə uçuşu ləğv etmişdi.  Şirkət bu marşrutun bərpası ilə bağlı dəqiq vaxt açıqlamır. AZAL dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya...

Seçilmiş Videolar

Toplum TV loqo