Siyasət

“Toplum TV işi” üzrə tutulan Müşfiq Cabbar və Ramil Babayevin şikayətləri təmin edilmədi

9 Yanvar, 2025
20

Toplum TV

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində Toplum TV-nin videoredaktoru Müşfiq Cabbar və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin həbsinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətləri təmin edilməyib.

Bir gün öncə isə bu iş üzrə III Respublika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun da şikayətləri təmin olunmayıb.

Ötən il dekabrın 27-də “Toplum TV işi” üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirinin müddəti 2025-ci il aprelin 6-dək uzadılıb.

Bu iş üzrə 9 nəfər haqqında cinayət işi açılıb, 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, iki nəfər istintaq dövründə polis nəzarətinə verilib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı rədd edir  və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Dənizkənarı Bulvar İdarəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

9 Yanvar 2025

apa

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin keçmiş sədri  İlqar Mustafayevin həbs müddəti daha 4 ay uzadılıb.  Korrupsiya ittihamı ilə həbs edilən Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.  Həmin müddətin istintaqın aparılması üçün kifayət etmədiyini bildirən prokuror məhkəməyə təqdimat verərək, həbs müddətinin daha bir neçə ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib. İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.  
Siyasət

Keçmiş Gəncə məhbusu Elvin Nəzərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

9 Yanvar 2025

Elvin Nəzərov/şəxsi arxiv

Yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində keçmiş Gəncə məhbusu Elvin Nəzərova hökm oxunub. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elvin Nəzərov şiə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə narkotik ittihamı ilə tutulmuşdu. Bu, onun ilk həbsi deyil. 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra həbs olunan Elvin Nəzərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2021-ci ilin yanvarında cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdı.    

Seçilmiş Videolar

Toplum TV loqo