Məhkəmə

Rail Abbasova 6 il 6 ay həbs cəzası kəsilib

9 Yanvar, 2025
45

VOA

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə başa çatıb.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçən sonuncu məhkəmə iclasında Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən əvvəl təqsirləndirilən şəxs son söz hüququndan istifadə edib. Bildirib ki, ittiham aktında mənzil alqı-satqısı zamanı Əsgər Həziyevin ona verdiyi 200 min manatı mənimsədiyi deyilsə də, bu doğru deyil. Onun sözlərinə görə, Əsgər Həziyev ona zəng vuraraq ev almaq istədiyini söyləsə də, ona pul verməyib və sonradan ev almaq fikrindən daşındığını deyib. 

Rail Abbasov deyib ki, həmin vaxt yaxın dostu və həbsə düşən ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsi ilə məşğul olduğuna görə polis həmin vətəndaşdan ona qarşı istifadə edərək şərləyib. 

“Məhkəmədə də ittihamın saxta olduğu və sifarişlə həbs edildiyim üzə çıxdı. Vəkilim məhkəmə qarşısında vəsatətlər qaldırsa da, heç biri təmin olunmadı. Halbuki Əsgər Həziyevlə aramızdakı telefon danışıqları, anten məlumatlar barəsindəki vəsatətlər təmin olunsaydı, aidiyyəti qurumlara sorğular göndərilsəydi, həqiqət bir daha üzə çıxacaqdı. İttihamlar uydurmadır, qəbul etmirəm, yaxın dostumun müdafiəsinə görə şərlənərək həbs olunmuşam”, - Abbasov çıxışında deyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. 

Qısa müşavirədən qayıdan hakim ittihamların məhkəmədə sübuta yetirildiyini qeyd edərək Abbasov barəsində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə həbs cəzası kəsib. 

Vəkil Elçin Sadıqov Toplum TV-yə bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək. 

Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunurdu. Özü ittihamı rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Qubad İbadoğlu ilə “İmam Hüseyn” məscidinin qarşısında görüşdük, mənə pul verdi” 

9 Yanvar 2025

Qubad İbadoğlu/şəxsi arxiv

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Təqsirləndirilən şəxslərin hər ikisi də ötən il Qubad İbadoğluna görə həbs olunublar.  Ötən məhkəmə iclasında Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona saxta xarici əskinaslar verdiyini, ancaq əskinasların saxtalığından xəbəri olmadığını bildirmişdi.  Yanvarın 9-da o bildirib ki, Qubad İbadoğludan aldığı xarici əskinasların bir qisminin saxta olduğunu bilmədiyi üçün özünü həmin epizod üzrə təqsirli  hesab etmir. Ancaq odlu silaha görə özünü təqsirli bildiyini deyib.  “Bir neçə il əvvəl tapmışdım. Evimdə saxlayırdım. Silahın yerini dəyişmək  üçün başqa yerə aparırdım. Yolda polislər saxladılar. Polis şöbəsinə aparıb üzərimə baxış keçirib...
Məhkəmə

İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub

7 Yanvar 2025

Möhyəddin Orucov/şəxsi arxiv

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclasında ara qarışıb, təqsirləndirilən şəxsə və məhkəməni izləməyə gələnlərə qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiq göstərilib.  Səbəb dövlət ittihamçısının Möhyəddin Orucovun polis şöbəsində üzərinə baxış keçirilməsi ilə bağlı videogörüntülərin məhkəmədə nümayiş etdirilməsini istəməsi olub.  Vəkil Nazim Musayev buna etiraz edib. O bildirib ki, iş üzrə üç şahiddən bu gün cəmi biri dindirilib, hələ dindirilməmiş iki şahid olduğuna görə görüntülərin nümayiş etdirilməsi qanunaziddir.  “Kamera görüntüləri sübutlar siyahısındadır və yalnız dindirilmələr başa çatdıqdan sonra sübutların dəyərləndirilməsi mərhələsində baxış keçirilə bilər”, vəkil deyib.  Hakimsə prokurorun vəsatətini təmin edib...

Seçilmiş Videolar

Toplum TV loqo