açıq mənbədən götürülüb
Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (Cenipa) dekabrın 25-də Aktauda qəzaya uğramış Embraer sərnişin təyyarəsinə məxsus “qara qutu”nun analizini başa çatdırıb (Turan).
Qurumdan bildirilib ki, məlumatların çıxarılması, bərpası və təsdiqlənməsi prosesi yanvarın 4-də tamamlanıb.
Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) məlumatına görəsə, analiz prosesinə nəzarət etmək üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlər də Braziliyaya gediblər.
Bərpa olunmuş məlumatların Qazaxıstanın Aviasiya Qəzalarının Araşdırılması İdarəsinə təhvil verildiyi bildirilir.
Audio yazılar və ya ilkin nəticələr barədə heç bir məlumat açıqlanmayıb.
FAB öz bəyanatında uçuş ssenarilərinin bərpası üçün qabaqcıl 3D animasiya texnologiyalarından istifadə edildiyini qeyd edib: “Bu texnologiya müstəntiqlərə uçuş trayektoriyası, sürət, yüksəklik, sistemin performansı və ekipajın hərəkətləri kimi kritik parametrləri daha dəqiq anlamağa imkan verir”.
FAB vurğulayıb ki, araşdırma nəticələri yalnız Qazaxıstan müstəntiqlərinin yurisdiksiyasına daxildir.
Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb.
Yanvarın 6-da Prezident İlham Əliyev təyyarə qəzası haqda danışarkən “qara qutu”ların açılmasının Azərbaycanın təkidi ilə Braziliyada həyata keçirildiyini deyib. O, “qara qutu”lar açıldıqdan sonra bu günə qədər hələ də cavabı bəlli olmayan bütün məsələlərin üzə çıxacağını qeyd edib: “Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur… Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mınbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.