Ölkə

Tovuzda tüstüdən zəhərlənənlərin sayı 70-ə çatıb (YENİLƏNİB)

19 Dekabr, 2024
237

açıq mənbədən götürülüb

Tüstüdən zəhərlənənlərin sayı 70-ə çatıb

****

“Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib: “Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.

****

Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. 20-dək şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

APA xəbəri Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən yayıb.

Bildirilir ki, məktəbdə yanğın təhlükəsizliyilə bağlı əvvəldən görülmüş tədbirlər sayəsində tüstünün yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təhlükəsiz yerə təxliyrə ediliblər. "Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədirlər. Tüstülənmə nəticəsində 20-yə yaxın şagird özünü pis hiss edib, təcili-tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür" – qurumun hadisəylə bağlı açıqlamasında belə deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Təcridxanada nəzarətçi olmaq: "Burada “adamın” olmayanda işləmək çətin olur"

29 Avqust 2025

Foto: sosial media

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında nəzarətçi olmaq haqqında məktub yazıb.  "Abzas Media"nın dərc etdiyi yazıda Vaqifqızı nəzarətçinin dili ilə təcridxana həyatını nəql edir.  Toplum TV yazını bütöv halda təqdim edir:  İş üçün döndüm-dolaşdım “təhsilin yoxdur” deyib işə götürmədilər. Bir gün öyrəndim ki, 3 aylıq kurs keçməklə Penitensiar Xidmətin əməkdaşı olmaq olur. Kursa yazılıb, onu yarım-yamalaq bitirib işə girişdim. Məni Bakı İstintaq Təcridxanasının qadın korpusuna nəzarətçi göndərdilər. Əvvəl-əvvəl nizam-intizamdan çox danışdılar. Özümü toparlayıb işimə diqqət elədim. Gün keçdikcə başqa nəzarətçilərin illərlə topladığı təcrübəyə baxıb özümü məzəmmət elədim ki, bu nizam-intizamla hara qədər gedəcəksən? Maşının krediti...
Ölkə

Fotoqraf Əhməd Muxtar həbs olunub 

29 Avqust 2025

Foto: sosial media

Fotoqraf Əhməd Muxtar "Meydan TV işi" üzrə avqustun 27-də saxlanılıb.  "Meydan TV"-nin məlumatında bildirilir ki, avqustun 28-də onun barəsində Xətai Rayon Məhkəməsində 40 günlük həbs qətimkan tədbiri seçilib. "Meydan TV" redaktoru Orxan Məmməd isə "Facebook" səhifəsində fotoqrafın media qurumu ilə heç bir əməkdaşlığı olmadığını yazıb.  Əhməd Muxtarın “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxs olduğu bildirilir.  Xəbərdə, həmçinin, bildirilir ki, “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərə qarşı ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli...

Seçilmiş Videolar

Toplum TV loqo