Ölkə

Xəzərin Azərbaycan sahillərində minlərlə quş cəsədi tapılıb

24 Fevral, 2026
160

Foto: Azərtac

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.
“AZƏRTAC”-ın xəbərinə görə, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədinə rast gəlinib. 

Bildirilir ki, cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçıların sözlərinə görə, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.

Yerli sakin Anar Mikayılov bildirib ki, iyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib: “Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlindiyi deyilir.

Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də daha dəqiq versiya hələki irəli sürüməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...
Ölkə

Sürücülər: “Sədərək-Dilucu sərhədində gömrük və AYNA arasındakı mübahisə sərnişinləri piyada qoyub”

15 Oktyabr 2026

sosial media

Sədərək gömrük keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında hərəkət edən mikroavtobusun fəaliyyətinin dayandırıldığı bildirilir. “Gündəlik Naxçıvan”ın məlumatına görə, bu səbəbdən sərhədi keçən şəxslər, o cümlədən yükü olan sərnişinlər iki kilometrdən çox məsafəni piyada qət etməyə məcbur qalırlar. Marşrutda çalışmış sürücülər nəşrə deyiblər ki, gediş haqqı 1 manat olub və mikroavtobus hər gün minlərlə sərnişin daşıyıb. Onların iddiasına görə, yığılan vəsaitin idarə olunması ilə bağlı gömrük orqanı və Naxçıvanda fəaliyyətə başlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında fikir ayrılığı yaranıb. Bu iddialarla bağlı qurumların mövqeyi açıqlanmayıb. Marşrutun dayanmasının Türkiyəyə müalicəyə gedən xəstələr və yaşlı şəxslər üçün əlavə çətinlik yaratdığı...

Seçilmiş Videolar

Toplum TV loqo