Ölkə

Xüsusi karantin rejimi yenə uzadıldı

23 İyun, 2025
12

Foto: sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadıldı.

Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur.

Bundan əvvəl bu müddət 2025-ci il 1 iyul saat 06:00-dək olan dövrü əhatə edirdi.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi.

İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edib 

21 İyun 2025

Foto: sosial media

Milli Məclis iyunun 21-də “Naxçıvan Muxtar Respublikasının (MR) Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.  Qanun layihəsində Naxçıvan MR Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və preambula hissəsində isə dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əlavə ediləcək maddələrdən birində nəzərdə tutulur ki, Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılsın və Prezidentin müəyyən etdiyi vəzifələri icra etsin.  Digər maddədə isə Naxçıvan MR Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblərdən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.  Dəyişiklik ediləcək bir maddəyə...
Ölkə

Söyüdlü hadisələrindən 2 il keçir

20 İyun 2025

Foto: VOA

Bu gün Söyüdlü hadisələrinin başlamasından 2 il ötür. 2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndi ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başladı. Sakinlər Söyüdlüdəki qızıl zavodun quyularında sianidin olduğunu və bu zəhərli maddənin süni yaradılan gölə axıdıldığını, bunun isə əhali üçün təhlükəli olduğunu deyirdilər.  İyunun 22-dən isə Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırıldı. Aksiyada iştirak edənlərə qarşı zorakılıq tətbiq edildi, 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərirdi. Hadisədən sonra 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı. Aksiyada...

Seçilmiş Videolar

Toplum TV loqo