Məhkəmə

Əhməd Məmmədli görmə qabiliyyətini itirə bilər 

23 İyun, 2025
83

Foto: Toplum TV

Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi deyilir.

Bu barədə iyunun 22-də Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. 

Komitə bildirib ki, fəalı təcridxanada müayinə edən həkim onun “gözünü itirmək riski ilə üzləşdiyini” bildirib. Həkimin sözlərinə görə, vəziyyətin daha da pisləşməməsi üçün Məmmədlinin immuniteti güclü qalmalıdır.

“Bu məqsədlə o, hazırda yüksək kalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir”, - bəyanatda deyilir. 

Komitə həm də bildirir ki, Məmmədli mayın 6-da polis tərəfindən saxlanılan zaman işgəncəyə məruz qalıb və aldığı ağır zərbələr nəticəsində onun gözündə ciddi zədə yaranıb:

“Artıq bir ayı keçməsinə baxmayaraq, həmin göz hələ də bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib”.

Komitə xatırladır ki, bir neçə il öncə Məmmədli gözlərindən 2 dəfə əməliyyat keçirib və o, genetik astma xəstəliyindən əziyyət çəkir.

“Həmçinin, Əhməd Məmmədli astma xəstəsi olduğu üçün həbsdə nəfəs almaqda çətinlik yaşayır. Astması üçün həkimin yazdığı dərmanları qəbul edir. Həbsxana şəraiti Əhməd Məmmədlinin səhhəti üçün uyğun deyil, onun tez zamanda ev dustaqlığına buraxılmasını tələb edirik!”, - Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi bildirib. 

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. 

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi”: “Biz valyutanı ölkəyə dronla keçirmişik, Kür çayı ilə üzərək keçirmişik, yoxsa necə keçirmişik?”

23 İyun 2025

Foto: Toplum TV

“İttiham aktında yazılır ki, İlkin Əmrahov Akif Qurbanovla 2014-cü ildə tanış olub. Həmin il İlkin Əmrahov 5-ci sinifdə oxuyurdu”  “Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində ittiham aktının oxunması yekunlaşıb.  İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının Toplum TV əməkdaşları Elmir Abbasov və Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.  III Respublika Platformasının üzvü Ruslan İzzətli vəsatət qaldıraraq İctimai Televiziyanın məhkəmə prosesini yayımlamasını tələb edib.  “Azərbaycanın beynəlxalq hüquq normaları üzrə üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən biri əsasında İctimai televiziya...
Məhkəmə

Bəhruz Səmədova hökm oxundu 

23 İyun 2025

Foto: sosial media

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.  Məhkəmənin hökmü ilə B.Səmədov 15 il müddətinə azadlıqdan məhrum edildi. Ötən prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəmişdi. O, 4 gündən çoxdur ki, həbsinə etiraz olaraq ölüm aclığına başlayıb. Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub. O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir. Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.

Seçilmiş Videolar

Toplum TV loqo