Siyasət

Trampı Nobelə namizəd görən Pakistan onu İrana görə qınayıb

23 İyun, 2025
46

Foto: Toplum TV

Pakistan əvvəlcə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatı üçün namizədliyini irəli sürüb, sonra onu İranı bombaladığına görə qınayıb. 

İyunun 21-də Pakistan Xarici İşlər Nazirliyi bu yaxınlarda Hindistanla razılaşdıqları atəşkəsin əldə olunmasında Trampın “qətiyyətli diplomatik müdaxiləsini və həlledici liderliyini” alqışlayaraq, onun Nobel Sülh Mükafatına namizədliyini rəsmən irəli sürüb. 

Həmin gün Tramp İranın nüvə obyektlərinə zərbələr endirməyə qərar verib. ABŞ ordusu onun əmrilə İranın Natanz və İsfahan şəhərlərində və Fordo qəsəbəsindəki nüvə müəssisələrini bombalayıb. Tramp əməliyyatı "möhtəşəm hərbi uğur" adlandırıb və bununla İranın nüvə müəssisələrinin "tamamilə sıradan çıxarıldığını" iddia edib.

Lakin əməliyyat BMT baş katibi Antonio Quterres və Pakistan da daxil olmaqla xeyli ölkə tərəfindən qınanılıb. 

Trampın Nobel namizədliyinin üstündən bir gün keçməmiş Pakistan hücumların “beynəlxalq hüququn və Beynəlxalq Atom Enerjisi Agentliyinin nizamnaməsinin ciddi şəkildə pozuntusu” olduğunu bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 22-də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı narahatlığını ifadə edərək bildirib ki, ABŞ-ın hücumları Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan obyektləri hədəf alıb. 

Pakistan İranla sıx münasibətlərə malikdir və onun İsrailə qarşı hücumlarını dəstəkləyir, bunun İranın özünü müdafiə hüququ olduğunu bildirir.

Həmçinin, Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir iyunun 19-da Ağ Evdə Trampla nahar görüşü keçirib. İki saatdan çox davam edən görüşdə ABŞ Dövlət katibi Marko Rubio və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff da iştirak ediblər.

Pakistan ordusunun açıqlamasına görə, görüşdə İran və İsrail arasında mövcud gərginliklə bağlı “ətraflı fikir mübadiləsi aparılıb və hər iki lider münaqişənin həllinin vacibliyini vurğulayıb”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İsrail-İran qarşıdurması: Bakı hansı risklərlə üz-üzədir?

22 İyun 2025

Foto: Açıq mənbə

İsrail və İran arasında hərbi münaqişə bir həftədən çoxdur davam edir.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan münaqişədə tərəflər bir-birini raket və dron hücumlarına məruz qoyur, mülki şəxsləri öldürür.  Münaqişə İranla qonşu olan Azərbaycana coğrafi olaraq çox yaxındır. Həmçinin, hər iki ölkə ilə dost olduğunu bəyan edən Azərbaycanın mövqeyi də geosiyasi baxımdan maraq doğurur.  Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 13-də verdiyi bəyanatda İsrailin İran ərazisində keçirdiyi hərbi əməliyyatdan "ciddi şəkildə narahat" olduğunu deyib.  XİN vəziyyətin gərginləşdirilməsini "qəti şəkildə" pisləyib və tərəfləri "mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq...
Siyasət

Tramp İrana iki həftə vaxt verib 

20 İyun 2025

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqları davam etdirmək üçün iki həftə vaxt verib.  Bunu iyunun 19-da Ağ Evin sözçüsü Karolayn Levit jurnalistlərə deyib.  “İranla yaxın gələcəkdə danışıqların baş tutma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olduğuna görə, [birbaşa münaqişəyə] gedib-getməmək qərarımı növbəti iki həftə ərzində verəcəyəm”, - deyə Levit Trampın bəyanatını oxuyub.  Bir neçə gün əvvəl “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib ki, Tramp İrana zərbələr endirməyə çox yaxındır.  Tramp özü isə bu suala konkret cavab verməyib. O deyib ki, bunu “edə də bilərəm, etməyə də”.  Hərbi ekspertlər bildirir ki, İranın nüvə zənginləşdirdiyi yeraltı müəssisələri dağıtmaq...

Seçilmiş Videolar

Toplum TV loqo