Dünya

ABŞ İranın nüvə obyektlərini bombalayıb

22 İyun, 2025
283

Foto: CBS

ABŞ İranın nüvə istehsalı müəssisələrinə zərbələr endirib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp əvvəlcə "Truth Social" sosial şəbəkəsində xəbər verib. 

O yazıb ki, ABŞ ordusu onun əmrilə İranın Natanz və İsfahan şəhərlərində və Fordo qəsəbəsindəki nüvə müəssisələrinə zərbələr endirib. 

"Fordodakı əsas müəssisəyə bütöv bomba yükü atıldı. Təyyarələrimiz İran səmasını artıq tərk ediblər və vətənə qayıdırlar. Dünyada bunu edə biləcək başqa hərbi qüvvə yoxdur! İndi isə sülh vaxtıdır", - Tramp qeyd edib.

Daha sonra Ağ Evdə çıxış edən prezident əməliyyatı "möhtəşəm hərbi uğur" adlandırıb və bununla İranın nüvə müəssisələrinin "tamamilə sıradan çıxarıldığını" iddia edib. 

O, həmçinin, İrana sülhə gəlməyəcəyi təqdirdə əlavə hücumlar edəcəyi ilə xəbərdarlıq edib.

"CNN" telekanalı bir rəsmiyə istinadən bildirib ki, ABŞ altı B-2 bombardmançısından istifadə edərək İranın Fordo nüvə obyektinə on iki ədəd “bunker dağıdan” bomba atıb. Həmin rəsmiyə görə, Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlar Natanz və İsfahan da iki başqa obyektə 30 ədəd TLAM qanadlı raketi atıb, B-2 təyyarəsi isə Natanz üzərinə əlavə olaraq iki “bunker dağıdan” bomba buraxıb.

İranın Ali lideri Seyid Əli Xameneinin məsləhətçisi Hüseyn Şəriətmadari ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə raket zərbələri endirilməsinə və əsas neft nəqliyyat marşrutu olan Hörmüz boğazının bağlanmasına çağırıb.

Xameneinin özü isə hələ ki ictimai reaksiya verməyib. 

İranın dəstəklədiyi, Livanın cənubuna nəzarət edən Husi qruplaşmasının rəsmisi Trampın zərbələrin "cəzasını çəkəcəyini" bildirib.

BMT-nin Baş katibi Antonio Quterris isə ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Qəzzada yarım milyon insan “aclıqdan əziyyət çəkir” 

22 Avqust 2025

Foto: Reuters

Dünyada aclığın monitorinqini aparan beynəlxalq sistem avqustun 22-də Qəzza zolağında aclığın başladığını elan edib. Dünyada qida təhlükəsizliyini mərhələli şəkildə təsnif edən “IPC№” sistemi bildirib ki, zolağın əhalisinin təxminən dörddə biri - 514 min nəfər - aclıq yaşayır və bu gedişlə bu rəqəm sentyabrın sonuna qədər 641 minə qədər yüksələcək.  Bu, “IPC”-nin zolaqdakı vəziyyətlə bağlı ilk bu cür qiymətləndirməsidir.  Aclıqdan əziyyət çəkən əhalinin təxminən 280 min nəfəri Qəzza şəhəri də daxil olmaqla zolağın şimal bölgəsində yaşayır. Qalanlarının isə mərkəzdəki Deyr əl-Bələh və cənubdakı Xan Yunis şəhərlərində yaşadığı bildirilir.  İsrail isə hesabatı “yalan və qərəzli” adlandırıb və zolağa nəzarət edən HƏMAS qruplaşmasından...
Dünya

Tramp xanımının ukraynalı uşaqlarla bağlı məktubunu Putinə verib

16 Avqust 2025

Foto:AP

ABŞ-nin birinci xanımı Melania Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı məktub ünvanlayıb.  “Reuters” Ağ Evdəki mənbələrinə istinadən bildirir ki, məktubu Putinə  Alyaskada keçirilən görüş zamanı şəxsən Donald Tramp verib. Rəsmi şəxslər məktubun detalları barədə açıqlama verməsələr də, orada Rusiya tərəfindən Ukraynadan uşaqların qaçırılması məsələsinin qeyd olunduğunu təsdiqləyiblər. Avqustun 15-də ABŞ-də Donald Tramp və Vladimir Putin arasında görüş baş tutub.  Görüşdən sonra Tramp danışıqları “səmərəli” adlandırıb və tərəflərin “bir çox məsələdə razılığa gəldiyini” deyib.  Bununla yanaşı, bir sıra vacib mövzularda hələ yekun razılaşmanın əldə edilmədiyini bildirib. 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Ukraynanın işğal...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo