İqtisadiyyat

Gürcüstan turizm gəlirlərində Azərbaycanı 3 dəfə üstələyib

23 İyun, 2025
284

Foto: açıq mənbə

Mərkəzi Bankın 2025-ci ilin ilk 3 ayı üçün açıqladığı tədiyə balansı statistikası gəlmə turizmlə bağlı bəzi maraqlı məqamları ortaya çıxarır. 

Məsələn, ötən ilin eyni dövrü ilə müqayisədə əcnəbilərin gəlişindən ölkəyə daxil olan vəsait 21 milyon dollar artaraq 380 milyon dollara çatıb. 

Amma elə həmin hesabat onu da göstərir ki, bu artım şəxsi məqsədlər (turist kimi və istirahət) üçün ölkəyə gələnlərin hesabına yox, işgüzar səfərlər (məsələn, ölkədə təşkil olunan rəsmi tədbirlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin iş məqsədli səfərləri) hesabına olub.

Belə ki, 2025-ci ilin ilk 3 ayında əcnəbi şəxslər hesabına ölkənin turizm gəlirləri 380 milyon dollar olub və əvvəlki ilin eyni dövründə bu rəqəm 359 milyon dollar olmuşdu. 

Lakin əgər 2024-cü ilin ilk rübündə şəxsi səfərlədən turizm gəlirləri 93 milyon dollar olmuşdusa, bu il həmin məbləğ 50 faizə yaxın artaraq 137 milyon dollara yüksəlib. Əvəzində şəxsi məqsədi turizm gəlirləri 23 milyon dollar (9 faiz) azalaraq 243 milyon dollara enib.

Maraqlıdır ki, eyni dövrdə Azərbaycan vətəndaşlarının xaricdə xərclədiyi pulların məbləği daha böyük həcmdə artıb. Əgər 2024-cü ilin yanvar-mart aylarında ölkə vətənşlarının xarici səfərlərində 331 milyon dollar xərclənmişdisə, bu ilin eyni dövründə həmin göstərici 40 milyon dollar (12%) artımla 371 milyon dollara çatıb. Sırf şəxsi məqsədli səfərlərə görə xaricdə xərclənən vəsaitin həcmi 257 milyon dollardan 294 milyon dollara yüksəlib. 

Əgər 2024-cü ilin ilk rübündə Azərbaycanın turizm xidmətləri balansında 27 milyon dollar müsbət saldo var idisə, bu il həmin göstərici 3  dəfə azalaraq 9 milyon dollara enib. Səbəb ölkə vətəndaşlarının xaricdə xərclədiyi pullaırn daha üstün sürətlə artması olub.

Ölkəyə gələn xarici turistlərin sayına gəldikdə, say demək olar eyni olub: 2024-cü ilin ilk rübündə 513 min nəfər, bu ilin yanvar-mart aylarında 508 min nəfər. 

Sırf tirizm məqsədli səfər edənlərin də sayında əhəmiyyətli dəyişiklik olmayıb (2024-cü il 323 min nəfər, 2025-ci il 331 min nəfər).

Turistlərin 98,7 faizi təyyarə, 1,3 faizi ilə su yolu ilə Azərbaycana daxil olub. Əslində həm turizm gəlirləri, həm də həm də əcnəbi turistlərin sayı ilə bağlı açıqlanan rəsmi məlumatlar bir daha göstərir ki, hökumətin özünümüdafə xarakterli bütün arqumentlərinə baxmayaraq quru sərhədlərin bağlı saxlanması ölkənin turizm sektoruna ağır zərbə vurmaqda davam edir. 

Yeri gəlmişkən, quru sərhədlərini xaricilərin üzünə çoxdan açmış Gürcüstan 2025-ci ilin ilk rübündə Azərbaycanla müqayisədə 3 dəfə çox – 959 min turist qəbul edib və bu əvvəlki ilə nisbətən 20 min nəfər çoxdur. 

İşgüzar məqsədli gəlişlər də daxil olmaqla 3 ay ərzində ölkəyə 1,1 milyon nəfərə yaxın əcnəbi şəxs səfər edib. Gürcüstana işgüzar məqsədli səfərlərin də sayı Azərbaycanla müqayisədə çoxdur. Məsələn, bu ilin yanvar-mart aylarında Azərbaycana belə səfələrin sayı 177 min nəfər, Gürcütana isə 214 min nəfər təşkil edib.

Eyni dövrdə Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlirlərin məbləği 870 milyon dollar olub. 
Bir əcnəbi turistin ölkədə xərclədiyi vəsaitin məbləği demək olar ki, hər 2 ölkədə eyni olub – 750 dollar.
    
Unutmaq olmaz ki, turizm həm də yan sahələrin inkişafı deməkdir. Turistlərin sayının artması ölkədə aqrar məhsullar, bəzək və müxtəlif sənətkalıq məhsulları istehsal edən xırda biznesin də gəlirlərini artırır. Turizmə maneə isə əksinə, əsas dayanıqlı gəlir mənbələrindən birini sıradan çıxarmaqla onsuz da ayaqda güclə dayanan bu təbəqənin rifahını daha da pisləşdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...
İqtisadiyyat

Azərbaycan yeyinti məhsullarının 80%-ni Rusiyaya ixrac edir

7 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan və Rusiya arasında müəyyən yeyinti məhsulları üzrə ticarət dövriyyəsi artıb.  Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Facebook” səhifəsində xəbər verib.  O, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını ötən ilin ilk 5 ayı ilə müqayisədə fiziki çəkidə 20 faiz artırıb.   Rusiyadan buğda idxalı isə 50 faizdən çox artıb.   Ekspert qeyd edir ki, ümumilikdə, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi və idxal etdiyi ərzaq məhsullarının 25 faizi Rusiyanın payına düşür.  Azərbaycan Rusiyaya ən çox meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana daha çox buğda, buğda unu,...

Seçilmiş Videolar

Toplum TV loqo