Region

Azərbaycan tərəfi ərazi iddiasının həqiqətə uyğun olmadığını deyir

3 Oktyabr, 2024
405

fairobserver.com

Yerevan sülh sazişinin razılaşdırılmış hissəsinin imzalanması ilə bağlı Bakının siyasi iradəsini görmür və "Qərbi Azərbaycan" haqqında söhbətlər Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır. Bu barədə çərşənbə günü xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən bildirib:

"Biz görürük ki, Azərbaycan tərəfi yeni tələblər irəli sürərək sazişi imzalamaq istəmir... Onlar deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır. Amma dünyada elə bir saziş yoxdur ki, tərəflər arasındakı bütün problemləri tənzimləsin. Biz bu sənədi imzalamağı və sonra digər məsələlər üzrə danışıqlar aparmağı təklif edirik".

Mirzoyanın sözlərinə görə, Azərbaycanın Ermənistanın ərazilərinə dair gələcək planları ilə bağlı Ermənistanda və erməni cəmiyyətində narahatlıq var.

"Bu gün Azərbaycan tərəfi  "Qərbi Azərbaycan"dan danışır, onların fikrincə, bu, Ermənistanın demək olar ki, bütün ərazisini əhatə edir. Onlar bildirirlər ki, bunlar ərazi iddiaları deyil, amma təəssürat tam əksinədir" deyə,  nazir qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" platformasındakı hesabında Mirzoyana cavab verib.  Onun Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini bildirən Hacızadə qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib, Ermənistan XİN-in rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Azərbaycan və İran Qarabağda birgə hərbi təlim keçirir

20 May 2025

azxeber.com

Azərbaycan və İran hərbi qulluqçuları Qarabağda birgə hərbi təlimlər keçirir.  Mayın 19-dan 21-ə qədər "Araz-2025" adı altında baş tutacaq təlimlərin konkret yeri bildirilməyib. Lakin çəkilən fotolardan açılış mərasiminin Hadrutda baş tutduğunu demək olar.  “Təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir”, - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir. "Tehran Times" saytı təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarından xüsusi qüvvələrin iştirak etdiyini yazıb.  Sayt bildirir ki, SEPAH-ın Quru Qoşunlarının komandir müavini və təlim rəhbəri general Vəli Mədani təlimi “ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım" adlandırıb.  Azərbaycan və İran...
Region

Qarabağ ermənilərinin pasportlarında doğum yeri Azərbaycan qeyd olunur

9 Aprel 2025

myvisa.am

Qarabağ ermənilərinə Ermənistanda verilən pasportlarda doğum yeri kimi Azərbaycanın qeyd olunması beynəlxalq standardlarla nizamlanır.  Bunu Ermənistan Daxili İşlər Nazirliyi bildirib və əlavə edib ki, pasportda beynəlxalq tənzimləmə çərçivəsinin bir hissəsi kimi ratifikasiya olunmayan hər hansı işarə sərhəd-keçid məntəqələrində problem yaradır.  Ermənistan mətbuatı bildirir ki, ölkənin Miqrasiya Xidməti pasportlarda doğum yeri ilə bağlı xeyli şikayətlər qəbul edib.  2023-cü ilin sentyabrın 19-da Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində keçirdiyi hərbi əməliyyatdan sonra orada yaşayan erməni əhali Ermənistana köç edib.  Ötən ilin noyabrına olan məlumata görə, 4,400 Qarabağ ermənisinə artıq Ermənistan vətəndaşlığı verilib.

Seçilmiş Videolar

Toplum TV loqo