Region

Paşinyan sülh müqaviləsini COP29-a qədər imzalamağı təklif edir

26 Sentyabr, 2024
410

prezident.az

Sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-dəki “Sülh naminə liderlik” müzakirələrində çıxış edib. O deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır və Azərbaycanı COP29-a qədər bunu etməyə dəvət edir (“Meydan TV”).

Baş nazir qeyd edib ki, o və rəhbərlik etdiyi hökumət firəvanlıq, sabitlik və sülh naminə bu münaqişəyə son qoymaq, əməkdaşlığa çevirmək niyyətinə sadiqdir.

Oxşar fikirləri Nikol Paşinyan əvvəllər də səsləndirib.

Sentyabrın 10-da o demişdi ki, Cənubi Qafqazda davamlı sülh nəinki mümkündür, həm də realdır.

Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın sentyabrın 9-da söylədiklərini təsdiqləmiş və əlavə etmişdi ki, sülhə nail olmaq üçün bütün tərəflərin səy göstərməsi lazımdır:

“Sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə. İki maddə qismən razılaşdırılıb – onların hər biri iki cümlədən ibarətdir”.

Azərbaycan Prezidenti İlham Əliyev də sentyabrın 23-də Milli Məclisdəki çıxışı zamanı sülh danışıqlarına toxunub.

O, II Qarabağ müharibəsində sülh danışıqlarının məhz Azərbaycanın təşəbbüsü ilə başladığını deyib:

“O vaxt nə Ermənistan, nə başqa ölkələr gələcəyin nədən ibarət olacağı haqda öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başladı. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır. Çünki bu günə qədər – bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı. Yəni bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq”.

Prezident daha sonra deyib ki, Azərbaycan iyunun 24-də şərhlərini Ermənistana göndərib və təxminən iki ay sonra cavab verilib.  

“Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq”. 

İ.Əliyev hesab edir ki, “həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının Azərbaycana qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir”.

İlham Əliyev Azərbaycanın geri addım atmayacağını da vurğulayıb və əlavə edib ki, ermənilər bu coğrafiyada təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, qonşularına qarşı siyasətdə ciddi düzəlişlər etməlidirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Azərbaycan və İran Qarabağda birgə hərbi təlim keçirir

20 May 2025

azxeber.com

Azərbaycan və İran hərbi qulluqçuları Qarabağda birgə hərbi təlimlər keçirir.  Mayın 19-dan 21-ə qədər "Araz-2025" adı altında baş tutacaq təlimlərin konkret yeri bildirilməyib. Lakin çəkilən fotolardan açılış mərasiminin Hadrutda baş tutduğunu demək olar.  “Təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir”, - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir. "Tehran Times" saytı təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarından xüsusi qüvvələrin iştirak etdiyini yazıb.  Sayt bildirir ki, SEPAH-ın Quru Qoşunlarının komandir müavini və təlim rəhbəri general Vəli Mədani təlimi “ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım" adlandırıb.  Azərbaycan və İran...
Region

Qarabağ ermənilərinin pasportlarında doğum yeri Azərbaycan qeyd olunur

9 Aprel 2025

myvisa.am

Qarabağ ermənilərinə Ermənistanda verilən pasportlarda doğum yeri kimi Azərbaycanın qeyd olunması beynəlxalq standardlarla nizamlanır.  Bunu Ermənistan Daxili İşlər Nazirliyi bildirib və əlavə edib ki, pasportda beynəlxalq tənzimləmə çərçivəsinin bir hissəsi kimi ratifikasiya olunmayan hər hansı işarə sərhəd-keçid məntəqələrində problem yaradır.  Ermənistan mətbuatı bildirir ki, ölkənin Miqrasiya Xidməti pasportlarda doğum yeri ilə bağlı xeyli şikayətlər qəbul edib.  2023-cü ilin sentyabrın 19-da Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində keçirdiyi hərbi əməliyyatdan sonra orada yaşayan erməni əhali Ermənistana köç edib.  Ötən ilin noyabrına olan məlumata görə, 4,400 Qarabağ ermənisinə artıq Ermənistan vətəndaşlığı verilib.

Seçilmiş Videolar

Toplum TV loqo