Aytən Məmmədova - sosial media
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti jurnalist Aytən Məmmədovaya hücuma münasibət bildirib.
“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq”-
bunu “Turan” informasiya agentliyinə Dövlət Departamentinin sözçüsü deyib.
O, ABŞ-ın Aytən Məmmədovaya olan hücumu pislədiyini ifadə edib: “Bu hücum Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib.
Biz bu işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, - Dövlət Departameninin rəsmisi deyib.
O, onu da əlavə edib ki, ABŞ, mətbuat azadlığının və bütün dünyada jurnalistlərinin və media işçilərinin təhlükəsizliyinin tərəfdarıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”