Siyasət

ABŞ Rusiyanın Bakı və Yerevanla bağlı ittihamlarına cavab verdi

26 Oktyabr, 2022
2112

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidini kəskin şəkildə təkzib edib.

"Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif edilməsini təkzib edirik", - deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə "Turan"-ın xahişi ilə Rusiya XİN nümayəndəsinin son bəyanatını şərh edərkən bildirib.

Bir müddət əvvəl Rusiya XİN başçısı Mariya Zaxarova ABŞ-ı və Avropa Birliyini "özünüreklamda" ittiham edib, Qərbin Bakı, Yerevan və Moskva arasında üçtərəfli əlaqələr sayəsində əldə edilmiş razılaşmaları öz adına yazmağa çalışdığını bildirib.

https://toplum.tv/multimedia/rusiya-ve-iran-niye-birden-bire-sert-tenqid-olunmaga-basladi

Vaşinqton və Brüssel "Zaqafqaziya ilə bağlı kompromislərdə maraqlı deyillər və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar", Zaxarova bildirmişdi.

Zaxarovanın sözlərini şərh edən Prays deyib ki, "şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur".

"Bizim yeganə məqsədimiz hərtərəfli və möhkəm sülhə nail olmaq və həyatları xilas etmək üçün bu ölkələrin birlikdə hərəkət etməsinə kömək etməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər", - deyə o əlavə edib.

"Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq". Vaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır. "Məhz buna görə dövlət katibi Blinken sentyabrda, son gərginlik dalğasından sonra ilk dəfə öz həmkarlarını - Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirib", deyə Prays xatırladıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıda duran görüşünün Brüssel-Praqa görüşündə əldə olunmuş nailiyyətləri sarsıdacağı təhlükəsi varmı? "Turan"-ın müxbirinin bu sualına cavabında Prays deyib ki, "Ermənistan və Azərbaycan prezident Putinin dəvət edilməsinin onların möhkəm sülh əldə etmək cəhdləri üçün faydalı olub-olmayacağına özləri qərar verməlidirlər".

Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu və Ukrayanaya davam edən amansız hücumu göstərir ki, "Moskva qonşusunun suverenliyinə az hörmət edir və çətin ki, uzunmüddətli etibarlı tərəfdaş ola bilər" .

"Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın Sovet İttifaqından müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədə asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi", - deyə Prays qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo