Siyasət

Almaniyadan gələn daha bir siyasi mühacir həbs olunub

16 Avqust, 2022
2362

Sosial Media

Almaniyadan gələn daha bir siyasi mühacir - Anar Əliyev Azərbaycanda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. 

Bu barədə onun həyat yoldaşı Anarə Əliyeva "Turan"a bildirib. Onun sözlərinə görə, Anar iyulun 25-də Bakıda saxlanılıb.

"Biz ailəlikcə - həyat yoldaşım və iki övladımla Anarın xəstə atasını ziyarət etmək üçün iyulun 8-də Azərbaycana gəldik. Avqustun 4-də oturum icazəmiz olan Almaniyaya qayıtmalı idik", - deyə o bildirib.

https://toplum.tv/sosial/polisi-gosterib-dedi-narkotiki-ustume-bu-atdi

Onun sözlərinə görə, iyulun 25-də səhər həyat yoldaşını evdən guya pasportunun saxtalaşdırılması haqqında məlumatı yoxlamaq üçün aparıblar. Ailəyə onun tez qayıdacağını bildiriblər. Sonradan deyiblər ki, Anarı "facebook"-dakı postlarına görə aparıblar, sonra isə cibində narkotik tapıldığını bildiriblər.

"Həyat yoldaşım heç vaxt narkotik istifadə etməyib. Amma heç narkotik istifadə edən adam cibinə onu qoyub polis bölməsinə getməz", - deyə həyat yoldaşı qeyd edib.

Anarə Əliyevanın sözlərinə görə, o, dəfələrlə polis bölməsinə çağırılıb və ondan həyat yoldaşının narkotik istifadəçisi olduğu haqqında ifadə almağa çalışıblar: "Sonradan Anar deyib ki, təzyiq altında etirafedici ifadələr verib. Ona etiraf etməsə, ailə üzvləri ilə "problemlər" olacağını deyiblər, o da "etiraf etmək" məcburiyyətində qalıb". 

Avqustun 4-də Anarə Vəliyeva Azərbaycandan Almaniyaya buraxılmayıb. Qadının sözlərinə görə, elə həmin gün onu Nizami Rayon Polis İdarəsinə çağırıblar və niyə "ölkədən qaçmaq" istədiyini soruşublar.

"Dedim ki, ölkədən qaçmırdım, əvvəlcədən aldığım biletlə yaşadığım, oturumum olan,  işlədiyim ölkəyə gedirdim", - deyən Əliyeva ölkədən çıxışına icazə verilməməsinin qanunsuz olduğunu əlavə edib.

Hazırda Əliyevlərin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. O, hələlik məhbusla görüşə bilməyib.

"Biz 2016-cı ildə Almaniyaya köçmüşük. Yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, "Demokratik Azərbaycanı Seç" birliyinin təşkil etdiyi etiraz aksiyalarında iştirak edib, amma təhqirə yol verməyib. Son üç ilə yaxındır ki, heç bir siyasi fəaliyyəti olmayıb. Bununla belə, o, hakimiyyətin qara siyahısına düşərək həbs edilib", - deyə həyat yoldaşı bildirib.

Öz növbəsində, vəkil Elçin Sadıqov bildirib ki, Vəliyevə qarşı 234.4.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və ya əvvəlcədən əlbir olmaqla törədildikdə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələrlə ittiham irəli sürülüb, bu ittihamlarla onu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"-a bildirib ki, Anar Əliyev konkret cinayət əməlini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, istintaq davam edir".

O, məhbusun həyat yoldaşının iddialarının həqiqətə uyğun olmadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo