Siyasət

"Toplum TV”-nin bəyanatı: ‘İttihamları və çıxarılan hökmü əsassız hesab edirik’

28 İyul, 2026
162

Toplum TV

“Toplum TV” 2016-cı ildən etibarən Azərbaycanda peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq cəmiyyətin məlumat almaq hüququna xidmət edən azsaylı müstəqil media qurumlarından biri kimi fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən etibarən “Toplum TV” vətəndaşların problemlərini işıqlandırıb, ölkədə baş verən hadisələr barədə dəqiq, qərəzsiz və ictimai maraqlara uyğun məlumatları cəmiyyətə çatdırıb, eyni zamanda müxtəlif baxışların və susdurulmağa çalışılan səslərin ifadəsi üçün platforma rolunu oynayıb.

Ölkədə azad mətbuatın ciddi təzyiqlərə məruz qaldığı bir dövrdə “Toplum TV”-nin müstəqil media olaraq fəaliyyət göstərməsi onu hakimiyyətin repressiyasının hədəfinə çevirib. “Toplum TV” 2024-cü ilin mart ayında birinci dəfə, 2025-ci ilin yanvar-fevral aylarında ikinci dəfə hökumətin repressiyasına məruz qalıb. “Toplum TV”-nin təsisçisi və əməkdaşları əsassız ittihamlarla həbs edilib. 

Üç ilə yaxın bir müddət ərzində formal, qurama istintaq hərəkətləri və məhkəmə proseslərinin nəticəsində nəhayət 27 iyul 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi hökmünü açıqlayıb. “Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli 14 il, video redaktor Müşfiq Cabbar 13 il, jurnalist Fərid İsmayılov 12 il, sosial media meneceri Elmir Abbasov 11 il 11 ay 28 gün müddətinə həbs edilib.

Bundan əlavə, “Toplum TV işi” çərçivəsində həbs olunan, III Respublika Platformasının spikeri Akif Qurbanov 15 il, platformanın qurucu üzvü Ruslan İzzətli 15 il, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları İlkin Əmrahov və Ramil Babayev 13 il, Əli Zeynal 14 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Azərbaycan hakimiyyətinin müstəqil mediaya qarşı həyata keçirdiyi sistemli repressiyalar “Toplum TV”-ni hədəf alsa da, onun fəaliyyətini dayandıra bilməyib.
 İlk hücumun baş verdiyi 2024-cü ilin mart ayından etibarən “Toplum TV” milyonlarla izləyici üçün xəbərin ən dəqiq və qərəzsiz ünvanlarından biri olmaqda davam edir. Ən ağır təzyiqlərə, qaralama kampaniyalarına, ölkəni tərk edib “sürgün” mediasına çevrilməsinin ağır gerçəkliklərinə baxmayaraq, “Toplum TV” hələ də peşəkar jurnalistika prinsiplərini rəhbər tutaraq fəaliyyətini davam etdirir.

Müstəqil səslərin hər gün daha da susdurulduğu bu çətin dövrdə “Toplum TV”yə göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirik. Materiallarımızı oxumağınızı, bəyənməyinizi və paylaşmağınızı ölkədə mətbuat azadlığının müdafiəsinə verilən mühüm töhfə kimi qiymətləndiririk. Sizdən xahişimiz bundan sonra da materiallarımızı izləməyə və paylaşmağa davam etməyinizdir.

Bir daha bəyan edirik ki, “Toplum TV” özünə qarşı irəli sürülmüş ittihamları əsassız hesab edir və qəbul etmir. Redaksiya bu cinayət təqibini və ona qarşı həyata keçirilən təzyiqləri Azərbaycanda müstəqil və tənqidi səslərin susdurulmasına yönəlmiş sistemli siyasətin tərkib hissəsi kimi qiymətləndirir.

“Toplum TV” əməkdaşları qaçaqmalçılıqla və ya hər hansı bir qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb. Bildiririk ki, bizə qarşı göstərilən təzyiqin yeganə səbəbi “Toplum TV”-nin müstəqil və qərəzsiz media qurumu kimi fəaliyyət göstərməsidir.

Təqsirləndirilən şəxslər “Toplum TV”-yə qarşı açılmış cinayət işinin, irəli sürülmüş ittihamların və çıxarılmış hökmün tamamilə əsassız olduğunu hüquqi arqumentlər və sübutlarla əsaslandırıblar. Lakin hüququn siyasi təzyiq alətinə çevrildiyi, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərmədiyi Azərbaycanda təqsirsiz şəxslər azadlığa buraxılmayıb. Buna baxmayaraq, “Toplum TV” məruz qaldığı qanunsuzluqları beynəlxalq müstəviyə daşımağa və hüquqlarını mövcud bütün hüquqi mexanizmlər çərçivəsində müdafiə etməyə davam edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo