Siyasət

İqbal Əbilovun "kars"a salındığı deyilir

10 İyul, 2026
191

Açıq mənbə

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına ("kars") salındığı bildirilir. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsindən “Toplum TV”-yə verilən məlumata görə, iyulun 9-da tədqiqatçının ailə üzvləri ilə görüş günü olsa da, buna icazə verilməyib. 

"Valideynlər sənədləri təqdim etdikdən sonra təxminən 1 saat gözlədilərək gərginlikdə saxlanılıblar. Sonda isə heç bir əsaslı izahat verilmədən sənədlər geri verilib, gətirilən sovqat qəbul edilməyib. Yaxınlarına onun yerinin dəyişdirildiyi bildirilib və "gələn həftə gəlin" deyilərək geri qaytarılıblar. Eyni zamanda, İqbal Əbilovun vəkili Fariz Namazlıya da müvəkkili ilə görüşmək icazəsi verilməyib. Vəkilə İqbal Əbilovun cəza kamerasına ("kars"a) salındığı bildirilsə də, bunun konkret səbəbi açıqlanmayıb", - məlumatda deyilir. 

Bundan əlavə, iyulun 9-da İ.Əbilovun onlayn formatda iştirakı ilə Şirvan Rayon Məhkəməsində baş tutması gözlənilən proses də iyulun 14-ə təxirə salınıb. Onun vəkilinə səbəb kimi "texniki nasazlıq" göstərilib. 

Komitə İqbal Əbilovun "hüquqlarının kobud şəkildə pozulmasından, onunla əlaqənin kəsilməsindən və saxlanma şəraiti ilə bağlı məlumatların gizlədilməsindən ciddi narahatlıq keçirdiklərini" bildirib. 

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo