Siyasət

AXCP fəalı Elxan Əliyev yenidən saxlanılıb

18 Aprel, 2022
2310

AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev 30 sutka inzibati həbs müddəti bitdikdən sonra yenidən saxlanılıb.

"Turan” yazır ki, AXCP fəalı martın 19-da polisə tabe olmama və xırda xuliqanlıq ittihamı ilə inzibati qaydada həbs edilmişdi.

AXCP sədrinin müşaviri Məmməd İbrahim "Turan" bildirib ki, aprelin 18-də həbs müddəti başa çatıb. Lakin E.Əliyev Bakıda təcridxanadan çıxan kimi iki mülki şəxs ona yaxınlaşıb və deyib ki, o axtarışdadır: "Həmin şəxslər özlərini Tovuz rayon polis əməkdaşları kimi təqdim ediblər. Onlar bildiriblər ki, Elxan Əliyev hansısa iş üzrə axtarışdadır və onlarla birlikdə Tovuz rayonuna getməlidir. Ancaq məsələnin nə olduğunu izah etməyiblər".

Partiyada Elxan Əliyevin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

"Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Əliyevin saxlandığını təsdiqləsələr də, məsələnin nə yerdə olduğunu açıqlamayıblar", - “Turan”ın məlumatında deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo