Ermənistan Təhlükəsizlik Şurası: “Dağlıq Qarabağ problemini həll etmədən sülh müqaviləsi bağlamaq mümkün deyil”
Rəsmi səhifə
"Azərbaycan Müdafiə Nazirliyinin “atəşkəs rejiminin pozulması” ilə bağlı yaydığı xəbərlər vəziyyəti gərginləşdirməyə, daha sonra isə hərbi əməliyyatların həyata keçirilməsinə yönəlib".
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Civilnet"-ə müsahibəsində bildirib.
“Hazırda Azərbaycanın Ermənistana qarşı hərbi təxribat törədə biləcəyi təhlükəsi var. Biz öz imkanlarımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk, eləcə də eskalasiyanın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətlə birlikdə işləyirik”, - deyə o müsahibəsində deyib.
https://toplum.tv/multimedia/pasinyandan-gozlenilmez-etiraflar
İlin sonuna qədər sülh müqaviləsinin bağlanmasına gəlincə, Təhlükəsizlik Şurasının katibi deyib ki, sülh müqaviləsinin mətnində Yerevanın təklif etdiyi mexanizmlər də təminat yaradır: "Məsələn, beynəlxalq qarantlardan danışırıq. Qarantların kim olacağı hələ bəlli deyil, bu, danışıqlar mövzusudur. Ermənistan bilir ki, bu zəmanətlər tarix boyu heç də həmişə işləmir, lakin belə hallar ola bilər”.
Qriqoryan bildirib ki, iki ölkə arasında danışıqlarda Qarabağ məsələsi təbii olaraq müzakirə olunur, irəliləyişlə bağlı mümkün həll yolları axtarılır: "Məsələni gələcəyə saxlamaq, ya da Dağlıq Qarabağ rəhbərliyilə Azərbaycan arasında hüquq və təhlükəsizliyin müzakirəsi üçün beynəlxalq mexanizm yaratmaq variantı var. Dağlıq Qarabağ problemini həll etmədən, heç olmasa Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsi bağlamaq mümkün deyil. Qarabağ problemindən yan keçmək mümkün deyil, bu, bütün iclaslarda müzakirə olunur, gündəmdədir”.
Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hazırda Qarabağ məsələsini sülh müqaviləsi prosesindən necə ayırmaq barədə müzakirələr gedir. “Çünki uzun müddətdir ki, Qarabağ probleminin sülh sazişinin tərkib hissəsi kimi, prosesin bir hissəsi kimi həlli yolu tapılmayıb. İndi biz mövzuları məhdudlaşdırmağa çalışırıq, lakin bunun üçün zəmanətlər lazımdır. Zəmanət olmadan bunu sülh müqaviləsində əks etdirməmək mümkün deyil”, - deyə Qriqoryan qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”