Siyasət

Ermənistan Təhlükəsizlik Şurası Rusiyanı vədini yerinə yetirməməkdə ittiham edib

5 Noyabr, 2022
2148

Açıq mənbələrdən götürülüb

Rusiya Soçi bəyanatına Dağlıq Qarabağın adının daxil ediləcəyini vəd etmişdi, amma bu baş vermədi.

Bu sözləri Ermənistanın Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "factor.am" saytına müsahibəsində deyib. 

“Biz bir neçə dəfə çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın təkliflər paketində aydın şəkildə qeyd edilsin, çünki bu təkliflər paketində məsələyə istinad var. Rusiya tərəfi bunun baş verəcəyinə daha əvvəl söz vermişdi, lakin baş tutmadı. Biz sülhməramlıların yerləşdirilməsi məsələsinin də aydın şəkildə qeyd olunmasını istəyirdik, çünki sülhməramlılar Dağlıq Qarabağda yerləşdirilib, lakin məlum oldu ki, bu da Soçidəki yekun bəyanatda yer almayıb",  - deyə Qriqoryan bildirib. 

https://toplum.tv/dunya/ruben-vardanyan-dqr-in-dovlet-naziri-teyin-edildi

Onun sözlərinə görə, Rusiya tərəfi açıq şəkildə bəyan etmişdi ki, erməni tərəfi üçün yaxşı təklifləri var və Ermənistan bu gündəliyi tam dəstəkləyir.

"Hazırda masanın üzərində 2 sənəd var - biri üzərində işlədiyimiz Azərbaycan variantı, biri isə Rusiyadan, sülh sazişi paketinin parametrləri ilə bağlı təklifdir. Qərb sadəcə variantları tapmağa kömək edir.

Rusiya variantına gəlincə, Ermənistan bunu bəyənir və onun Rusiya tərəfi tərəfindən təşviq edilməsini gözləyir", - Qriqoryan vurğulayıb. 

Dövlət Təhlükəsizlik Şurasının katibi Ermənistanın meydanda tək qaldığını deyib: 

"KTMT-dən lazımi cavab yoxdur. Təbii ki, Ermənistan heç vaxt dəhliz verməyəcək, biz bilirdik ki, son təcavüzün səbəblərindən biri də Ermənistanın dəhliz verməkdən imtina etməsidir və Ermənistan belə addımlar atsın deyə təzyiq göstərməyə çalışırlar KTMT-nin narahat olmalı bir şeyi var, Ermənistanın isə yox”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo