Siyasət

Hüquqşünas: "Hakimiyyətin “Tərtər işi”ni araşdırmaq niyyəti yoxdur" 

28 İyun, 2021
3579

BBC

“Hüquq mühafizə orqanlarının və onlara rəhbərlik edən siyasi hakimiyyətin  “Tərtər işi”ni araşdırmaq niyyəti yoxdur”.  
 
Hüquqşünas “Toplum TV”-yə Yalçın İmanov belə deyib.  
 
O, hərbçilərə qarşı cinayətlərin araşdırılacağına inanmır: “İndiyə qədər praktikada və oxşar işlərdə də belə halları müaşhidə etmişik. Azərbaycan hakimiyyəti əvvəl olduğu kimi yenə də həmin çağırışları qulaq ardına vuracaq”.    

Yalçın İmanov ​​​​​​

İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində (26 iyun) Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.  
 
1551 saylı müvafiq sənəd iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının saytında dərc edilib.   
 
Araşdırmanın təşəbbüskarı italiyalı senator Robert Rampidir.  
 
Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı  işgəncələr faktı ilə əlaqədar  araşdırmaların zəruriliyini vurğulayıblar. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.  
 
Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb.  

Şahin Cəfərli - Sosial Media

Siyasi şərhçi Şahin Cəfərli zənn edir ki, bu məsələnin hərtərəfli və detallı şəkildə araşdırılması ilk növbədə Azərbaycanın xeyrinədir: ”Avropadan, beynəlxalq təşkilatlardan hər hansısa bir tələb, irad gözləmədən Azərbaycan mühafizə orqanları bu iş üzrə addım atmalıdırlar. Onlar bütün istintaq materiallarını, məhkəmə qərarlarını toplayaraq yenidən "Tərtər işi"nin hərtərəfli araşdırılmasını təmin edilməlidir. Çünki bu problem ictimaiyyəti də ciddi narahat edir”.  
 
Onun sözlərinə görə, bu məsələdə siyasi qərar tələb olunur: “Biz bilirik ki, Azərbaycan hüquq mühafizə xidməti siyasi rəhbərliyin qərarı olmadan, hər hansısa bir iş üzrə hərəkətə keçə bilmir. Ona görə də Azərbaycan siyasi rəhbərliyi bu məsələnin araşdırılmasında maraqlı olmalı, hüquq mühafizə orqanlarına vaxtında tapşırıq verməlidir”.  

Xalid Ağalıyev - Meydan.TV

Hüquqşünas Xalid Ağalıyev hesab edir ki, bu tip məsələlərdə Avropa Şurasının tələbi olmadan da hökumət lazımı araşdırma aparmalı, tədbirlər görməlidir: “Araşdırmanın aparılıb-aparılmayacağını hökumət müəyyən edir, ona görə də suallara da cavab verməlidir. Hər hansı bir beynəlxalq təşkilatın işgəncə faktları ilə bağlı iddiaları varsa, buna aydınlıq gətirilməlidir. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər var. Ona görə də Avropa Şurasını hər hansı bir işlə bağlı araşdırma tələb etməsi normaldır”. 
 
Aprelin 13-də İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı da "Tərtər işi"cilə bağlı bəyanat yaymışdı.  
 
Bəyanatda qeyd olunurdu ki, "Tərtər işi" çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib. 
 
Bəyanatda "Tərtər işi" üzrə işgəncələr nəticəsində ölənlərin adları da qeyd olunmuşdu: 
 
1. Mehman Hüseynov - mayın 7-də saxlanılıb, cəsəd 16 may 2017-ci ildə dəfn edilib; 
2. Səxavət Bünyadov - mayın 7-də saxlanılıb, cəsəd 17 may 2017-ci ildə dəfn edilib; 
3. Saleh Qafarov - mayın 4-də saxlanılıb, cəsəd 14 may 2017-ci ildə dəfn edilib; 
4. Elçin Quliyev - mayın 11-də saxlanılıb, cəsəd 18 may 2017-ci ildə dəfn edilib; 
5. Təmkin Nizamioğlu- mayın 12-də saxlanılıb, cəsəd 21 may 2017-ci ildə dəfn edilib; 
6. Dayandur Əzizli - mayın 12-də həbs edilib, cəsəd 20 iyul 2017-ci ildə dəfn edilib; 
7. Süleyman Kazımov - mayın 4-də saxlanılıb, cəsəd 7 may 2017-ci ildə dəfn edilib; 
8. Elxan Ağazadə -mayın 1-də saxlanılıb, cəsəd 10 may 2017-ci ildə dəfn edilib; 
9. Elçin Mirzəliyev - mayın 7-də saxlanılıb, cəsəd 25 may 2017-ci ildə dəfn edilib. 
10. Ruslan Ocaqverdiyev - 16 may 2017-ci il səhər saxlanılıb, cəsəd isə həmin gün axşam ailəsinə təhvil verilib. 
11. Adil Sabirli - 5 may 2017-ci il tarixində ölənədək döyülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo