Siyasət

İctimai fəallar etiraz yürüşü təyin edib

11 May, 2022
2166

Toplum Tv

Bir qrup ictimai-siyasi fəal və vətəndaş cəmiyyətinin nümayəndəsi mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz yürüşü keçirmək barədə qərar qəbul edib. Bununla bağlı yürüşün təşkilatçıları sosial mediada müraciət yayıblar.

Təşkilatçılar bildirir ki, yürüş ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz məqsədi daşıyır.

Yürüşlə bağlı müraciətdə deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edir.

“Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq vəhşicəsinə döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Samir Aşurov və digər mühacirlərin ölkəyə deportasiya edildikdən sonra işgəncəyə məruz qalaraq həbs edilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması, hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmaması onu göstərir ki, bu cinayətlər sistemli xarakter daşıyır», - müraciətdə deyilir.

Təşkilatçılar hesab edir ki, belə hadisələr son deyil və cəmiyyət buna etiraz etməsə siyasi qətllər baş verəcək:«Biz bu qorxunc hadisələr zəncirini dayandırmaq tələbi ilə 14 may, 2022-ci il tarixində, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc etiraz yürüşü təyin edirik," - müraciətdə vurğulanıb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

23 İyun 2026

Toplum TV

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.  Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb. İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.  "Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi...
Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun 2026

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb.  “Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb. Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır.  Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib. Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər...

Seçilmiş Videolar

Toplum TV loqo