Siyasət

“İki ayı bağışlamağın harası əfvdir?” - Prezidentin 19 Gəncə məhbusunu əfv etməsinə münasibət

31 May, 2022
2466

açıq mənbədən götürülüb

Mayın 27-də ölkə başçısının imzaladığı əfv sərəncamında “Gəncə hadisələri”nə görə həbs edilmiş 19 məhbusun da adı var. Tural Bayramov onlardan biridir. Həm özü, həm də anası Zinyət Bayramova xəbərin onlar üçün gözlənilməz olduğunu söyləyir. Onlar əfv olunmaq üçün müraciət etmədiklərini deyirlər.

“Azadlığa çıxmaq elə bir hissdir ki, deməyə söz tapa bilmirəm. Mən heç kimə müraciət etməmişdim. Biz nə etmişdik ki, həbs edib indi də əfv edirlər? Özlərinin oyunu idi. Əvvəl tutdular, indi də buraxdılar”, - T.Bayramov deyir.

“Fəryadımız ərşə qalxdı, amma hakimiyyətdə oturan özbaşına məmurlar səsimizi eşitmədi”

Zemfira Hüseynzadənin oğlu Oqtay Hüseynzadə də “Gəncə hadisələri” zamanı həbs olunub.

O, oğlunun adını əfv sərəncamında tapa bilmədikdə halının pisləşdiyini söyləyir.

“Hələ də əfvin stressini yaşıyıram. Mən oğlumun da siyahıya düşəcəyinə inanırdım. Axırıncı üç günü hər gün əlimdə telefon sərəncam veriləcəyini gözləyirdim”.

Z.Hüseynzadə əfv olunanların hamısının məhbus həyatının bitməsinə üç-dörd ay və ya bir il qalanlar olduğunu söyləyir: “Oqtaya əvvəl 18 il vermişdilər, sonra Ali Məhkəmədə on ilə endirdilər. Amma mən bununla da razı deyiləm. Mənim övladımın üç körpə balası ata yolu gözləyir. Hamısını əfv edib bitirərdilər də bu söhbəti. Bu nə biabırçılıqdır?”

O sərəncamla bağlı Prezidentə, Vitse-prezidentə, Əfv Komissiyasına, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca müraciət etdiyini, qəbullarda olduğunu söyləyir: “Onsuz dörd ildir ki, günümüz qəbullarda keçir”.

Z.Hüseynzadə oğlunun azadlığa çıxması məqsədilə mübarizəsini davam etdirəcəyini, haqq-ədalət istədiyini bildirir: “Övladım günahsız yerə həbs olunub, işgəncələr görüb. Yüz ananı ağlar qoymaq nə deməkdir? Bizim fəryadımız ərşə qalxdı, amma hakimiyyətdə oturan özbaşına məmurlar səsimizi eşitmədi. Hamı bilir ki, Gəncə hadisələri Elmar Vəliyevin özbaşınalığının nəticəsidir. Gəncədə Elmar Vəliyevin vurulmağını gizlətmək üçün özləri bu hadisələri törətdilər”.

“Dörd il həbs yatan insan üçün iki ayı bağışlamağın harası əfvdir?”

Günay Zalovanın həyat yoldaşı Cəfər Zalov da “Gəncə hadisələri” zamanı həbs olunub. O, 18 il azadlıqdan məhrum edilib.

Günay Zalova məhkəmənin düzgün aparılmamasını nəzərə alaraq həyat yoldaşının da adının siyahıya salınması üçün müraciət etdiklərini söyləyir: “Düzü, ümidim yox idi. Həm də onlar bağışlanası elə bir şey etməyiblər. Hər kəs bilir ki, haqsız yerə həbs olunublar. Təəssüf ki, bizim müraciətimiz qəbul olunmadı. İmtina cavabını yoldaşıma 7 saylı cəzaçəkmə müəssisəsinə yollayıblar”.

G.Zalova 19 nəfər “Gəncə məhbusu”nun əfvini böyük bir hadisə kimi təqdim edilməsinin əleyhinədir: “Onların əksəriyyətinin üç-dörd ayı əfv edilib. Onlardan Quliyev Elman, İsmayılov Yavər, Məmmədov Zabil, Rüstəmov Elman, Hacıyev Maarifin bir ildən artıq həbs müddəti qalmışdı. Rzayev Şahlar, Həsənov Ruslan, Bayramov Tural, Ələkbərov Nizami, Quliyev Kamal, Süleymanov Raul, Allahverdiyev Vüqar isə 4 il 6 ay, bəziləri 4 il 1 ay həbs alanlardır. Onların azadlığa çıxmağına bir neçə ay qalmışdı. Dörd il həbs yatan insan üçün iki ayı bağışlamağın harası əfvdir?.. Əfv sərəncamı daha ağır cəza verilənlərə şamil edilməli idi. Onsuz da haqsız olaraq bu insanların dörd ilini oğurlamısınız”.

Günay Zalova bundan sonra həyat yoldaşının işinin azaldılması üçün Ali Məhkəməyə müraciət edəcəklərini deyir.

“Biz əvvəlcə haqqımızı öz ölkəmizin məhkəməsindən istəyirik. Əgər bərpa olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik. Bu insanların günahsız olduğunu sübut edənə kimi oturmayacağıq”,- G.Zalova əlavə edir.

“Gəncə hadisələri” haqqında rəsmi məlumatda 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunus Səfərovun şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahla hücum etdiyi, mühafizəçisini ağır yaraladığı bildirilir.

Y.Səfərov saxlanıldıqdan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə etiraz aksiyasının keçirilməsinə çağırışlar edilib. Aksiya zamanı iki polis əməkdaşı öldürülüb, biri yaralanıb.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında aksiyada 150-200 nəfərdən ibarət “radikal dini yönümlü bir qrup şəxs”in asayişi pozmağa cəhd etdikləri, bu zaman xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərdikləri bildirilib. Ümumilikdə, 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Rəsmi açıqlamaya görə, 6 nəfər şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdikləri üçün öldürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo