Siyasət

İranın rəsmi xəbər agentliyi: İlham Əliyev Tehrana dəvət edilib, amma... 

3 Noyabr, 2022
2533

Rəsmi səhifə

İran rəsmi olaraq Azərbaycan Prezidenti İlham Əliyevi Tehrana səfərə dəvət edib, lakin Bakı hələ də dəvəti qəbul etməyib.

Bu barədə İran İslam Respublikasının rəsmi dövlət agentliyi IRNA məlumat yayıb

Xəbərdə bildirilir ki, rəsmi Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkəyə səfərinə "əsəbi reaksiya verib" və son dövrlərdə Tehrana qarşı ittihamlarını sərtləşdirib.

https://toplum.tv/multimedia/rusiya-ve-iran-niye-birden-bire-sert-tenqid-olunmaga-basladi

IRNA-nın xəbərində həmçinin qeyd olunur ki, iki ölkə arasında baş verən soyuqlaşmadan sonra Bakı İrana bağlı olduğu deyilən silahlı qrupun üzvlərini saxlayıb. IRNA rəsmi Tehranın Bakının ittihamlarını rədd etdiyini xatırladıb. 

Bakı ilə Tehran arasında münasibətlərinin gərginləşməsi fonunda noyabrın 2-də Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər 2022-ci il üçün döyüş hazırlığı planına əsasən keçirilir. 

Bildirilir ki, təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur.

"Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib",  -deyə məlumatda qeyd olunub. 

Oktyabr ayında isə İran hərbçiləri Azərbaycan Respublikası ilə sərhəddə, Araz çayı yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçmişdilər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo