Siyasət

Müxalifətçi Nobel aldıqdan sonra Venesuela Norveç səfirliyini bağlayıb 

14 Oktyabr, 2025
32

Foto: açıq mənbə

Venesuela hökuməti oktyabrın 13-də Norveçdəki səfirliyini bağladığını elan edib. 

Rəsmi açıqlamada qeyd olunmasa da, bu, müxalifət lideri Mariya Korina Maçadoya Norveçin Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı verilməsindən bir neçə gün sonraya təsadüf edib. 

Hökumətin bəyanatında Maçadonun mükafatına toxunulmayıb və səfirliyin bağlanmasının "ölkənin xarici xidmətinin yenidən qurulması çərçivəsində həyata keçirildiyi" bildirilib.

Norveç Xarici İşlər Nazirliyi Venesuelanın Oslodakı səfirliyini bağladığını təsdiqləyib. 

Nazirlik bu qərarı “təəssüf doğurucu” adlandırıb.

“Bir sıra məsələlərdə fikir ayrılıqlarımız olsa da, Norveç Venesuela ilə dialoqu açıq saxlamaq istəyir və bu istiqamətdə işləməyə davam edəcək”, – nazirliyin sözçüsü bildirib.

O əlavə edib ki, Nobel Mükafatının kimə verilməsi “Norveç hökumətindən asılı deyil”.

Maçado uzun illərdir ki, Venesuela lideri Nikolas Maduronun hakimiyyətinə qarşı mübarizə aparır. Onun 12 illik hakimiyyəti bir çox ölkələr tərəfindən qeyri-legitim hesab olunur.
Maçado son bir ilin böyük hissəsini ölkə daxilində gizlənmək məcburiyyətində qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Mirzoyan erməni məhbusların məsələsini azərbaycanlı həmkarları ilə müzakirə etdiyini deyir 

14 Oktyabr 2025

Foto: Ermənistan XİN

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində azərbaycanlı həmkarları ilə Azərbaycanda həbsdə olan erməniləri müzakirə etdiyini deyib.  O, bunu oktyabrın 14-də Finlandiya xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib. "Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza Sülh Sammiti çərçivəsində bu məsələni Azərbaycandan olan tərəfdaşlarımızla yenidən müzakirə etdik", - o deyib. Nazir yaxın gələcəkdə bu məsələ ilə bağlı "yaxşı xəbərlərin olacağına" ümid etdiyini bildirib. A.Mirzoyan oktyabrın 13-də sammitdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev...
Siyasət

Gürcüstan hökuməti mitinq keçirmək qaydalarını sərtləşdirir 

14 Oktyabr 2025

Foto: Maryam Nikuradze

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası mitinqlərin keçirilmə qaydalarını sərtləşdirmək üçün qanunvericiliyə düzəlişlər hazırlayıb. Düzəlişlərdə üzünü gizlədərək, gözyaşardıcı və ya zəhərli maddələrdən istifadə etməklə, yolları bağlamaqla və ya “müvəqqəti qurğular quraşdırmaqla” keçirilən aksiyalarda iştirak edənlər üçün 15 gün, təşkilatçılar üçün 20 gün həbs nəzərdə tutulub.  Bundan əlavə, aksiya zamanı silah və ya pirotexniki vasitə saxlamaq və polisin mitinqi dayandırmaq tələbinə əməl etməmək halında 60 gün həbs nəzərdə tutulub.  Belə fəaliyyətlərin təkrarlanması isə cinayət məsuliyyətinə səbəb olacaq. Bu zaman bir ilə qədər azadlıqdan məhrum etmə və təkrar cinayət hallarında iki ilə qədər həbs nəzərdə tutulur.  Polis əməkdaşına qarşı təkrar və sistematik təhqir...

Seçilmiş Videolar

Toplum TV loqo