Siyasət

ABŞ-İran münaqişəsindən bəri Azərbaycanda azı 220 inanclı həbs olunub

22 May, 2026
205

amerikaninsesi.org

Martın əvvəlindən bəri Azərbaycanda 220-dən çox inanclı fəalın həbs olunduğu bildirilir. Bu, Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın ölkədə siyasi məhbusların sayı ilə bağlı may ayı üçün olan hesabatında öz əksini tapıb.

Lakin siyahıda yeni həbs olunan inanclı fəallardan yalnız 30-unun adı yer alıb. Siyahının hazırlanmasında iştirak etmiş hüquq müdafiəçisi Arif Yunus “Toplum TV”-yə deyir ki, buna səbəb əksər inanclı fəalların ailə üzvlərinin həbsləri ictimailəşdirməkdən qorxmasıdır.

“İnformasiya ilə bağlı çətinlik çəkirik. İnsanlar qorxurlar. Azərbaycanda hakimiyyət hər şey edir ki, xaricə heç kim zəng eləməsin. Vaxtilə bizə məlumat verənlər indi açıq şəkildə bildirirlər ki, “biz qorxuruq, bizi çağırıblar polisə və deyiblər ki, bir də məlumat versəniz, siz özünüz həbsxanada olacaqsınız”, - o qeyd edib.

Siyahıda əvvəlki dövrlərdə həbs olunmuş inanclılarla birlikdə 182 inanclı fəalın adı yer alıb. Ümumilikdə isə siyahıda siyasi motivlərlə həbs olunduğu deyilən 328 nəfərin adı var. Hüquq müdafiəçiləri onları 12 qrup üzrə ayırıb və inanclı fəallar bu qruplar içində say etibarilə çoxluğa malikdir.

Arif Yunus inanclı fəalların kütləvi həbsini fevralın 28-də ABŞ və İran arasında başlayan münaqişə ilə əlaqələndirir. Münaqişənin başlamasından bir neçə gün sonra, martın 5-də Naxçıvana da dron hücumları həyata keçirilmişdi. İran buna görə məsuliyyəti öz üzərinə almasa da, Azərbaycan prezidenti İlham Əliyev hadisəyə görə İran rəhbərliyini kəskin tənqid etmiş, onları “nankor” adlandırmışdı.

“Bu insanlar Azərbaycan-İran münasibətlərinin qurbanlarıdır. Həmişə Azərbaycan və İran arasında münasibətlər gərginləşəndə inanclıları həbs edirlər”, - A.Yunus deyir.

Arif Yunus 2023-cü ilin əvvəlində də Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücumdan sonra Azərbaycanda yüzlərlə inanclı şəxsin həbs edildiyini xatırladır.

Ötən ilin sonunda elan edilən amnistiya aktına daxil edilən, “siyasi məhbus” kimi tanınan şəxslərin sırasında da həmin inanclılar çoxluq təşkil edib. Belə ki, amnistiya çərçivəsində siyasi məhbus siyahısında olan 122 nəfər azad olunub, onlardan 118-i inanclıdır. Lakin azad edilən inanclıların sırasında yenidən həbs olunanlar da var.

Arif Yunusun sözlərinə görə, hökumətyönlü mətbuatda həbs edilən inanclılar “İran casusları” kimi təqdim edilsə də, onlara sonradan, əsasən, narkotiklə bağlı ittihamlar irəli sürülür. O əlavə edir ki, bunun səbəbi isə polisin həbs olunanlardan rüşvət tələb etməsidir.

“Elə bil dükandır, çağırıb deyirlər ki, yaxşı məbləğ, məsələn 5 min versən, səni “polisə müqavimət” adı ilə tuturuq - maksimum 30 sutka. Rüşvətin məbləği azdırsa, məsələn 3 mindirsə, səni narkoman kimi tuturlar”, - o bildirib.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirlərinə və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlkin Əmrahov və Ramil Babayev yazır: “Ad olsun ki, paylanılıb”

26 Sentyabr 2026

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və İlkin Əmrahov cəzaçəkmə müəssisələrində zəruri ehtiyac mallarının paylanılması barədə yazıblar. Yazını olduğu kimi təqdim edirik. “Məhbuslara zəruri ehtiyac mallarının paylanılması barədə siyasi məhbuslar dəfələrlə yazıb. Reallığın icmalı budur ki, Penitensiar Xidmət (PX) 2-3 ildən bir məhbusların yalnız bir hissəsinə zəruri ehtiyac mallarını paylayır. Yəni, həbsxana sabununu, diş pastasını üç ildə bir dəfə, o da lotereya qazanmış azlığın içində təsadüfən yer almışsınızsa, əldə edə biləcəksiniz. Biz bu gün malların paylanmamasından yox, ad üçün paylanılan məhsulların keyfiyyətindən bəhs edəcəyik. Elə həmin sabunun və diş pastasının keyfiyyətindən başlayaq. Paylanılan...
Siyasət

Bəhruz Səmədov məhkəmədə özünə xəsarət yetirib 

25 Sentyabr 2026

şəxsi arxivi

Sentyabrın 25-də Ali Məhkəmədə həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb.  İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim İlkin Abdullayevin sədrlik etdiyi prosesdə əvvəlcə B.Səmədov çıxış edərək azadlığa buraxılması üçün beynəlxalq təşkilatların müraciətlər etdiyini, lakin Azərbaycan hakimiyyətinin bu çağırışları nəzərə almadığını xatırladıb.  Vəkil Zibeydə Sadıqova isə çıxışında dövlətə xəyanət ittihamının və buna sübut kimi təqdim olunan dəlillərin mübahisəli olduğunu bildirib. Onun sözlərinə görə, müvəkkilinin əcnəbilərlə, o cümlədən erməni əsilli şəxslərlə ünsiyyət saxlaması öz-özlüyündə dövlətə xəyanət kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi həmçinin həmin şəxslərlə onlayn əlaqə saxlanılaraq onların xüsusi xidmət orqanlarının nümayəndələri olub-olmadığının araşdırılması ilə...

Seçilmiş Videolar

Toplum TV loqo