sosial media
Sentyabrın 22-dən İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb.
Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.
“ABŞ-nin İrana qarşı, xüsusən də aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar paketi ilə əlaqədar olaraq, İran aviaşirkətlərinin Azərbaycana uçuşlarının dayandırılması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna dəstək göstərən 36 subyektə sanksiya tətbiq olunduğunu açıqlayıb. Nazirlik İran hakimiyyətinin bu sektordan silah, şəxsi heyət və qanunsuz yüklərin daşınması üçün istifadə etdiyini iddia edib.
Sanksiya siyahısına “Air Shiraz”, “Asa Jet Airline”, “Ata Airlines Company”, “Atlas Aviation Group”, “Ava Airlines” və “Fly Kish Airlines” daxil olmaqla İranın 27 kommersiya aviaşirkəti salınıb.
Məhdudiyyətlər İran aviaşirkətlərinin fəaliyyətinə yardım edən üçüncü ölkələrin şirkətlərinə də şamil olunub. Onların arasında Qazaxıstanın “Tour Invest” şirkəti də var.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, “Tour Invest” daha əvvəl sanksiya tətbiq edilmiş “Mahan Air”in baş satış agenti kimi fəaliyyət göstərib. “Mahan Air” İranın ən böyük özəl aviaşirkətidir.
Nazirlik sanksiya tətbiq olunan İran aviaşirkətlərinə təyyarələrin köçürülməsi, yükdaşımalar və satış xidmətləri vasitəsilə yardım edən xarici şirkət və şəxslərin də ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
İran tərəfi də məhdudiyyəti təsdiqləyib. İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxəvan IRNA-ya açıqlamasında bildirib ki, Azərbaycan və Oman hava limanları İran reyslərinə xidmət göstərməyəcəklərini elan ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
Teleqraf
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”